Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Paşinyan Rusiyaya, dolayısı ilə Azərbaycana müharibə elan etdi...

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibə verib...

Azər Qasımov: “Paşinyan Ermənistanın Rusiyadan üz döndərib İran, Hindistan, Fransa və ABŞ-a üz tutacağını deməsi isə Rusiyaya, dolayısı ilə Azərbaycana müharibə elan etməsidir”.

“Paşinyan bəlkə də xoş məramla bu dəyişiklikləri etmək istəyir, amma Rusiyanın, Azərbaycanın ən azı Fransa, ABŞ və Hindistanın gəlib regionda yerləşməsinə və Ermənistanı silahlandırmasına sakit baxacağını fikirləşməsi sadəlövhlükdən başqa bir şey deyil”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanın Baş nazirinin son müsahibəsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibə verib. Bu müsahibəni ümumi olaraq necə dəyərləndirmək olar? Paşinyanın müsahibəsi əsas hansı faktorlardan diqqət çəkdi?

Ermənistanın Baş nazirinin müsahibəsində diqqət çəkən məqamları Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Paşinyanın konstitusiyaya dəyişikliklərin edilməsini qeyd etməsi Azərbaycan və Türkiyə ilə münasibət qurmaq baxımından önəmli olsa da, qeyd etdiyi ölkələrə yönəlməsi bununla ziddiyət təşkil edir”.

Ermənistanın sülh istəyirsə, Azərbaycanın tələblərini həyata keçirmək üçün çalışmalı olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, regiona özünə arxa duracaq dövlətləri gətirməyə çalışmaqla Ermənistan heç də Cənubi Qafqaza sülh gətirmir:

“Paşinyanın ictimai radioya verdiyi müsahibədə müsbət məqamların olmasını əslində onun özünün də qeyd etdiyi hərbiçilərin maaşlarının artırılması, silah almağa vəsait baxımından vaxt qazanmaq kimi dəyərləndirmək olar. Paşinyan Ermənistanın Rusiyadan üz döndərib İran, Hindistan, Fransa və ABŞ-a üz tutacağını deməsi isə Rusiyaya, dolayısı ilə Azərbaycana müharibə elan etməsidir.

Konstitusiyaya dəyişikliklərin edilməsini qeyd etməsi Azərbaycan və Türkiyə ilə münasibət qurmaq baxımından önəmli olsa da, qeyd etdiyi ölkələrə yönəlməsi bununla ziddiyət təşkil edir. Regionda qeyd edilən ölkələrin real varlığı sülh üçün yaxşı heç nə vəd etmir.

Azər Qasımov: “Arxa duracağına inandığı dövlətlər Ermənistana hərtərəfli dəstək olsalar belə, yenə Ermənistan təkbaşına Azərbaycanla üz-üzə qalacaq”.

Paşinyan bəlkə də xoş məramla bu dəyişiklikləri etmək istəyir, amma Rusiyanın, Azərbaycanın ən azı Fransa, ABŞ və Hindistanın gəlib regionda yerləşməsinə və Ermənistanı silahlandırmasına sakit baxacağını fikirləşməsi sadəlövhlükdən başqa bir şey deyildir. Qarabağ əldən çıxandan sonra ümidləri qırılan Ermənistanın guya konstruktivlik göstərib öz konstitusiyadından Qarabağla əlaqəli və ya bu kimi maddələri çıxarmaq istəməsi məcburiyyətindən doğan haldır və Ermənistan bu addımı bizə sülh üçün atdığı yalanını uddura bilməz.

Ermənistan əgər sülh istəyirsə, Azərbaycanın tələblərini həyata keçirmək üçün çalışmalıdır. Regiona özünə arxa duracaq dövlətləri gətirməyə çalışmaqla yox. Bu, Ermənistanın dövlətçiliyinin sonu olacaq. Arxa duracağına inandığı dövlətlər Ermənistana hərtərəfli dəstək olsalar belə, yenə Ermənistan təkbaşına Azərbaycanla üz-üzə qalacaq. Bunun nəticəsinin yaralarını isə Ermənistan təzə öz üzərində hiss edib. Bu dəfəki yara isə ölümcül olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar