Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilər Yəməndə 165 minlik ehtiyat ordu yaradıblar...

Şiə “Ənsar Allah” hərəkatı 165 000-dən çox ehtiyatda olan əsgərə hərbi təlim keçib...

Poliqon xəbər verir ki, bu barədə hərəkatın lideri və silahlı qüvvələrinin baş komandanı Abdel Malik əl-Husi bildirib. Onun sözlərinə görə, Yəmən ordusu “yüksək mənəviyyat və döyüş ruhunu” qoruyur.

Əl-Husi ABŞ-ın Yəmənə zərbələr endirməyə başladığı yanvarın 12-dən bəri 600 min insanın ümumi hərbi, idarəçilik və xüsusi təlim keçdiyini iddia edib. Husi lideri səfərbərliyin bir hissəsi kimi təlim və hərbi inkişaf fəaliyyətlərinin Yəmənin bir çox bölgəsinə yayılacağını vəd edib.

“Mütəxəssislərimizin statistikasına görə, əhali arasında 165 429 nəfər hərbi kurslarda təlim keçib və ixtisasa yiyələnib”, deyə Abdel Malik əl-Husi deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrail ilə Husilərin dəstəklədiyi Fələstin HƏMAS hərəkatı arasında müharibə davam edir. İsrail 1400 nəfərin öldüyünü, Fələstin rəsmiləri isə qurbanların sayını 27 000 nəfər hesab edir. İsrail rəsmiləri bu həftə HƏMAS yaraqlılarının dörddə birini öldürdüyünü bildirib.

Dünən, fevralın 1-də Qətər Xarici İşlər Nazirliyi İsrailin atəşkəsə razılaşdığını və HƏMAS-ın da təşəbbüsü müsbət qiymətləndirdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar