Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Vəlizadə: Qərb hədəf kimi Ermənistanı seçib...

Ermənistana görə Azərbaycan Qərb üçün İrandan, Rusiyadan daha təhlükəli dövlətə çevrilib?..

Politoloq: “Bəzi hallarda Qərbin hərəkətləri anlaşılmazdır. Çünki doğrudan da, prioritetlər bəllidir”.

“İndi də Qərb Ermənistanı zəif bənd görərək, oyunlarını Ermənistan üzərindən aparır”.

Bu sözləri politoloq İlqar Vəlizadə Qərbin son günlərdə apardığı xarici siyasəti Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, son zamanlar Azərbaycan-Qərb münasibətlərində dərin böhran yaşanır. AŞPA-nın məlum qərarı, Azərbaycana qarşı ədalətsiz mövqeyi qurumla rəsmi Bakının münasibətlərini gərginləşdirib. ABŞ-ın sərgilədiyi birtərəfli mövqeyə görə Vaşinqtonla Bakı arasında da soyuq küləklər əsir.

Qərb üçün hazırda Rusiyaİranla mübarizə aparmaq, onları sıxışdırmaq daha prioritet olmalı deyilmi? Demək olarmı ki, Ermənistana görə Azərbaycan Qərb üçün İrandan, Rusiyadan daha təhlükəli dövlətə çevrilib?

Qərb-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Qərb düşünür ki, Ermənistan İrana, Rusiyaya və müstəqil siyasət yürüdən başqa ölkələrə qarşı istifadə etmək üçün daha effektiv vasitəyə çevrilə bilər”.

Azərbaycanın başqa ölkələrin əlində alətə, vasitəyə çevrilmədiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan başqa ölkələrin əlində alətə çevrilməyə hazırdır:

“Bəzi hallarda Qərbin hərəkətləri anlaşılmazdır. Çünki doğrudan da, prioritetlər bəllidir. Qərbin prioritetləri ondan ibarətdir ki, onlar regionda maraqlarını Rusiyaİrana qarşı möhkəmləndirmək istəyirlər. Əslində Qərb hədəf kimi Ermənistanı seçib və Azərbaycanla münasibətləri korlayırlar.

Məsələ burasındadır ki, Azərbaycan daha müstəqil siyasət yürüdür. Azərbaycan başqa ölkələrin əlində alətə, vasitəyə çevrilmir. Amma Ermənistan başqa ölkələrin əlində alətə çevrilməyə hazırdır.

İndi də Qərb Ermənistanı zəif bənd bilərək, oyunları Ermənistanla aparır. Qərb düşünür ki, Ermənistan İrana, Rusiyaya və müstəqil siyasət yürüdən başqa ölkələrə qarşı istifadə etmək üçün daha effektiv vasitəyə çevrilə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar