Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Mübariz Tağıyevin doğum günüdür - Video

Bu gün Xalq artisti Mübariz Tağıyevin 76 yaşı tamam olur...

Xatırladaq ki, müğənni 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub.

İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı kimi üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb.

1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Atası Hüseyn Tağıyev musiqiçi, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə “Sovet Ermənistanı” qəzetində jurnalist vəzifəsində işləyib.

Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar