Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın Baş naziri Kim Çen Inla görüşə hazırlaşır

Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen Inla zirvə görüşünə hazırlaşdığını bildirib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Baş nazir bu barədə ölkə parlamentində keçirilən dinləmələr zamanı məlumat verib.

Kişida qeyd edib ki, o, Kim Çen Ina Yaponiya-Şimali Koreya münasibətlərindəki problemləri həll etmək və hər iki ölkə üçün yeni bir dövr açmaq niyyətini bildirməyə davam edir.

“Eyni zamanda, hesab edirəm ki, ən qısa zamanda sammitin keçirilməsi və Şimali Koreyanı yüksək səviyyəli danışıqlara təşviqi lazımdır”, deyə Baş nazir vurğulayıb.

Kişida bu məqsədə çatmaq üçün müxtəlif kanallar vasitəsilə müxtəlif işlərin görüldüyünə diqqət çəkib. Eyni zamanda o, qeyd edib ki, danışıqların məzmununu açıqlaya bilməz, çünki bu, gələcək danışıqlara təsir edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar