Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Tramp 24 saatda sülhə nail olsa, çox xoşbəxt prezident olacağam

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Donald Tramp Amerika prezidenti seçilsə və 24 saat ərzində Ukraynada sülhə nail olsa, xoşbəxt olacaq...

Poliqon xəbər verir ki, Ukrayna lideri bu barədə Almaniyanın ARD telekanalının efirində bildirib.

ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı danışan Zelenski qeyd edib ki, respublikaçıların və demokratların əksəriyyəti Ukraynanın dəstəklənməsinin tərəfdarıdır. Ona görə də çətin ki, Amerika siyasəti bir nəfərdən asılı olsun.

O, Trampın seçkilərdə qalib gələcəyi təqdirdə münaqişəni tez bir zamanda həll etmək niyyəti ilə bağlı bəyanatlarını şərh edib. "Əgər onun formulu sülhə gətirib çıxararsa və buna 24 saat vaxt lazımdırsa, o zaman mən çox xoşbəxt prezident olacağam", deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, əgər ABŞ Trampın qələbəsindən sonra Kiyevə dəstəyini zəiflətsə, Almaniya bu məsələdə Avropa İttifaqını birləşdirə bilər.

Qeyd edək ki, Tramp dəfələrlə Co Bayden və digər Qərb liderilərini müharibəni qızışdırmaqda ittiham edib. Keçmiş prezident qeyd edib ki, artıq ABŞ Ukraynanı maliyyələşdirməyi dayandırmalı və bunu Avropa İttifaqı etməlidir. Tramp həmçinin Ukraynada müharibəni 24 saat ərzində dayandıracağını vəd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar