Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda məktəbdə tavanın bir hissəsi uçdu, müəllim xəsarət aldı - Video

Sosial şəbəkələrdə Naxçıvanın Babək rayonu Cəhri qəsəbəsində 2 nömrəli tam orta məktəbdə müəllimlər otağının tavanının qopması ilə bağlı məlumat yayılıb...

Qopan tavanın tarix müəlliminin başına düşdüyü, nəticədə müəllimin ağır kəllə-beyin travması aldığı iddia olunur.

Qafqazinfo” hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Təhsil şöbəsinin müdiri Elşən Qəbulov sorğumuza cavabında tavanın deyil, yalnız suvaq hissəsinin qopduğunu, hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib:

“Həmin hadisə yanvar ayının 19-da olub. Həmin gün 30 şagird, 20 müəllimin iştirakı ilə 20 Yanvar hadisələrinin Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Bu vaxt tavanın 3 kvadratmetr hissəsində suvaq qoparaq tökülüb. Tavan çökməyib, qopan suvaqdır və onun da qalınlığı təxminən 3 santimetrdir. Nəticədə ixtisasca tarix müəllimi olan, məktəbdə laborant kimi çalışan Mahnurə Hüseynovanın qoluna düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb”.
Şöbə müdiri həmçinin əlavə edib ki, faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və dəyərləndirilmədən sonra tavan bərpa ediləcək.

E.Qəbulovun sözlərinə görə, sözügedən təhsil müəssisəsi 2007-ci ildə inşa olunub və məktəbdə 500-dən çox şagird təhsil alır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar