Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google Chrome” brauzerinə süni intellekt dəstəyi əlavə edilib

“Google” şirkətinin proqramçıları “Chrome” brauzerinə süni intellekt (AI) dəstəyi əlavə ediblər...

Bu barədə layihənin bloqunda məlumat verilir.

Yeniliklər “Windows” və “macOS” üçün “Chrome 121” istifadəçilərinə təqdim ediləcək. Bu, onlara brauzerin pəncərələrini avtomatik olaraq qruplara ayırmağa imkan verəcək. Süni intellekt içində mövzuya görə ayrılmış pəncərələr olan qovluqlar yarada biləcək.

“Chrome”a gələcək yeniləmələrdə mətn yaratmaq üçün dəstək əlavə ediləcək.

“Google” şirkətində qeyd ediblər ki, bu funksiya internetdə müəyyən bir məhsula baxış keçirməyə, rəsmi dəvət yazmağa, səlahiyyətlilərə düzgün sorğu tərtib etməyə və sair məsələlərdə kömək edəcək.
Həmçinin proqramın parametrlərində süni intellektdən istifadə edərək mövzuların yaradılması funksiyası olacaq. Süni intellekt ekran şəkili, günün vaxtı və ya istifadəçi istəkləri əsasında fonu dəyişəcək.

Yeni süni intellekt funksiyalarını ilk dəfə ABŞ-dəki “Chrome” istifadəçiləri təcrübədən keçirəcəklər. Bu funksiyaları aktivləşdirmək üçün proqram parametrlərində “Eksperimental süni intellekt” bölməsinə keçid etmək lazımdır.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar