Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqının Fələstin-İsraillə bağlı sülh planı... - Planın reallaşması ehtimalı varmı?

Avropa İttifaqının hazırladığı plana görə beynəlxaq sülh konfransında Aİ, ABŞ Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Ərəb Dövlətləri Liqası, Fələstin Adminstrasiyası və BMT iştirak edəcək...

Politoloq: “Avropa İttifaqı bu konfransı keçirtməklə Fələstini indiki sərhədlərində tanımaq istəyir”.

Avropa İttifaqı bütün gücü ilə çalışır ki, regionun əsas dövlətləri olan Türkiyə və İranı Yaxın Şərqdə neytral mövqedə saxlasınlar”.

Bu sözləri politoloq Samir Hümbətov Avropa İttifaqı Fələstin-İsrail münaqişəsinin həll edilməsi ilə bağlı hazırladığı sülh planını Poliqon-a şərh edərkən qeyd edib.

Avropa İttifaqı Fələstin-İsrail münaqişəsinin həll edilməsi ilə bağlı sülh planı hazırlayıb. Plana görə bir il müddətində sülh konfransı keçirilməli və bu konfransda Aİ, ABŞ, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Ərəb Dövlətləri Liqası, Fələstin Adminstrasiyası və BMT iştirak edəcək. Sülh planında Fələstin dövlətinin də yaradılması nəzərdə tutulur.

Belə bir planın reallaşması nə qədər mümkündür və HƏMAS, o cümlədən İran və Türkiyə olmadan sülh planının reallaşması ehtimalı varmı?

Avropa İttifaqının Fələstin-İsrail planını Poliqon-nun əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Reallıq bundan ibarətdir ki, bölgənin problemlərinin həll olunması bölgə dövlətlərinin iradəsindən kənarda mümkün deyil”.

Təqdim olunan planda İranı, Türkiyəni, eyni anda Rusiyanı da kənara qoyması Avropa Uttifaqının, ümumilikdə kollektiv Qərbin regiona baxış bucağının olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, bu da onların regionda kimi görmək istədiklərini ortaya çıxarır:

Avropa İttifaqı bütün gücü çalışır ki, regionun əsas dövlətləri olan Türkiyə və İranı Yaxın Şərqdə neytral mövqedə saxlasınlar. Sülh konfransı keçirilməsi nəzərdə tutan bir layihənin, planın hazırlanması və burada da İranla Türkiyənin olmaması ilə əslində Avropa İttifaqı demək istəyir ki, mən bu bölgədə nə Türkiyəni, nə də İranı tanımaq istəmirəm. Amma reallıq bundan ibarətdir ki, bölgənin problemlərinin həll olunması bölgə dövlətlərinin iradəsindən kənarda mümkün deyil.

Baxın burada heç Rusiyanın da adı yoxdur. Baxmayaraq ki, Rusiya Suriyada, faktiki olaraq Afrika ölkələrində var, Liviyada da var. Hələki qəbul etsələr də, etməsələr də Rusiya qlobal güclərdən biridir. Yəni regionla qlobal arasında regional güclə qlobal güc arasında faktiki olaraq bir mövqe tutub. Burada İranı, Türkiyəni, eyni anda Rusiyanı da kənara qoyması Avropa Uttifaqının ümumilikdə kollektiv Qərbin regiona baxış bucağıdır. Biz regionda kimi görmək istəyirik sualını ortaya çıxardır.

Samir Hümbətov: “HƏMAS-ı da kənara qoyublarsa, deməli burda plan sırf mövcud vəziyyətdə olan ərazilərin qəbul edilməsidir”.

Görünür onlar Ərəb Dövlətləri Liqası adı altında ərəb ölkələrini, Fələstin administrasiyasını və s. görmək istəyirlər. Yəni əslində, Türkiyə deyir ki, Qüds Fələstin ərazisidir, İran da o sözü deyir. Ən azı Fələstin 48 ya da 67-ci sərhəddinə qayıtmalıdır və bunu tələb edirlər.

Avropa İttifaqı bu konfransı keçirtməklə Fələstini indiki sərhədlərində tanımaq istəyir. Yəni İsrailin işğalı altında olan Fələstin torpaqlarının geri qaytarılması heç müzakirə mövzusu da olmayacaq.

Əslində Avropa İttifaqı bilir ki, vəziyyətlə bağlı orda nə Misir, nə İordaniya, nə də Səudiyyə Ərəbistanı dirənc göstərməyəcək və Avropanın, Qərbin tələbələrini haradasa, qəbul ede bilərlər. Amma Türkiyə və İran olanda məsələnin həlli biraz fərqli olacaq. Buna görə də, HƏMAS-ı da kənara qoyublarsa, deməli burda plan sırf mövcud vəziyyətdə olan ərazilərin qəbul edilməsidir.

Amma inanmıram ki, Ramallah administrasiyası və yaxud da indiki Mahmud Abbas administrasiyasına icazə verərlər ki, həmin plana girsin. Buna nə Türkiyənin, nə də İranın icazə verəcəyinə inanmıram”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar