Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hökumətinin bağlanmasının qarşısı alınıb, amma böyük maliyyə kəsirləri var

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" ABŞ-da hökumətin bağlanmasının keçən həftə qüvvəyə minən müvəqqəti büdcə ilə qarşısı alındığını, lakin böyük maliyyə kəsirlərinin davam etdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, "Fitch"in verdiyi açıqlamada ABŞ-da müvəqqəti büdcə layihəsinin qəbulunun hökumətin qismən fəaliyyətini dayandırmasının qarşısını aldığı, lakin büdcə siyasətinin formalaşdırılmasında irəliləyişə işarə olmadığı bildirilib.

Bəyanatda qeyd olunub ki, hökumətin büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 9 faizini keçə bilər ki, bu da fiskal vəziyyətin pisləşməsini aradan qaldırmaq üçün müvəqqəti siyasətin qeyri-adekvat olduğunu göstərir.

Son aralıq büdcənin 2023-cü ilin iyun ayında borc limitinin dayandırılmasından və hökumətin qismən bağlanmasının qarşısını almaq üçün keçən ilin sentyabr və noyabr aylarında qəbul edilmiş aralıq büdcələrlə bağlı son dəqiqə razılaşmalarından sonra gəldiyini xatırladaraq, bunun bir nəticə əldə etmək imkanını göstərdiyi ifadə edilib. Maliyyələşdirmə mövzusunda iki partiyanın dəstəyi ilə razılaşdığı, ancaq hökumətin maliyyə mövzularında konsensusa çatmağı nə qədər çətinləşdirdiyini ortaya çıxardığı da qeyd edilib.

"Baş verənlər bizim bu siyasi dinamikanın ən azı noyabrda keçiriləcək seçkilərə qədər davam edəcəyi ilə bağlı fikirlərimizlə üst-üstə düşür", deyə "Fitch" bəyan edib.

Bəyanatda bu tarixdən əvvəl heç bir əhəmiyyətli fiskal konsolidasiya tədbirlərinin qəbul edilməsinin gözlənilmədiyi, Ukrayna və ya Tayvana əlavə dəstək paletləri və ya sərhəd təhlükəsizliyi kimi mümkün qanun layihələrinin xərcləri daha da artıra biləcəyi bildirilib.

"Yüksək siyasi qütbləşməni nəzərə alsaq, seçkilərdən sonra eskalasiya siyasətinin yumşaldılacağı bəlli deyil", deyə "Fitch" qeyd edib.

Açıqlamada bunların nəticələrinin və hökumətin bölünməsinin davam edib-etməyəcəyinin yeni qanun və 2025-ci ilin yanvarında borc limitinin müəyyən edilməsi baxımından əhəmiyyətli olacağı bildirilib. Həmçinin qeyd edilib ki, yüksək faiz dərəcələri ilə maliyyə çətinliklərinin daha da artdığı bildirilib və dövlət borcunun xalis faiz ödənişlərində ötən ilin son rübündə əvvəlki ilə nisbətən 49 faiz artım olduğu qeyd edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar