Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: Qərbin köməyi olmasa, Ukrayna ağrılı iqtisadi tədbirlər görməli olacaq...

Əgər ölkə maliyyə dəstəyisiz qalsa və yaxın aylarda Qərbdən yardım almasa, Ukrayna hakimiyyəti ağrılı iqtisadi tədbirlər görməli olacaq...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti Ukrayna rəsmilərinə istinadən yazıb.

WSJ qeyd edir ki, 2024-cü ildə Ukrayna 40 milyard dollardan çox maliyyə kəsiri ilə üzləşəcək. Əvvəlcə ABŞAvropa İttifaqının təqribən 30 milyard dollar təmin edəcəyi və çatışmazlığın bir hissəsini bağlayacağı gözlənilirdi.

Qəzet yazır ki, Ukrayna hakimiyyəti maaşları gecikdirməklə, banklardan və investorlardan borc götürməklə 8 milyard dollar toplaya və büdcəni bir neçə ay balanslaşdıra bilər. Lakin gələcəkdə bu, pul emissiyasına ehtiyac yarada bilər və böhran riskləri artacaq. WSJ əlavə edir ki, Qərb yardımının gecikməsi döyüş bölgələrindəki vəziyyəti də pisləşdirəcək.

Nəşr qeyd edir ki, münaqişə başlayandan sonra Ukraynaya bütün maliyyə yardımının təqribən 70%-i ABŞAvropa İttifaqı tərəfindən verilib. Ona görə də uzun danışıqlar Kiyevin siyasətinə təsir edir. Qəzetin həmsöhbətləri bildiriblər ki, Yaponiya yanvarın sonuna kimi 1,5 milyard dollar məbləğində yardım edəcək. Mart ayında Ukrayna Avropa İttifaqından 4,5 milyard avro alacaq. Bundan əlavə, Brüssel əvvəllər Macarıstanın baş naziri Viktor Orban tərəfindən bloklanan 50 milyard avroluq yardım paketinin razılaşdırılmasında irəliləyişə ümid edir. Avropa Komissiyasının sədri bildirib ki, Macarıstan Ukraynaya tədarüklə razılaşmamaqda davam edərsə, Avropa İttifaqı Budapeşt olmadan yardım paketini qəbul etməyə hazırdır.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirmişdi ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya dəstəyin artırılması və sürətləndirilməsinin zəruriliyi ilə razılaşırlar. Yanvarın 19-da Bloomberg Agentliyi xəbər verib ki, Aİ ölkələri əvvəlki mexanizmin təkmilləşdirilməsi məqsədilə Ukraynaya yeni hərbi yardım fondunun yaradılmasını müzakirə edirlər. İclasda Avropa Xarici Fəaliyyət Xidməti yeni fondun yaradılması üçün illik büdcə kimi 5 milyard avrodan istifadə etməyi təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Ən çox oxunanalar