Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1990-cı illəri xatırladan qız: “Hər il bir şəhidin portretini daşıyacağam” 

Bir neçə ildir ki, 20 Yanvar faciəsi şəhidlərinin anım günündə Şəhidlər xiyabanını 1990-cı illərin mənzərəsini canlı ötürən, sanki o dövrdən qopub gəlmiş bir qız ziyarət edir...

O, hər il əlində bir şəhidin portretini tutaraq xiyaban boyu gəzir. Həmin qızın şəkilləri artıq üç ildir ki, saytlarda, səhifələrdə paylaşılır və 1990-cı illəri xatırladan tərzi müzakirə olunur.

AzVision.az-ın məlumatına görə, bu, Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Südabə Salmanzadədir. O, 2003-cü ildə Salyanda doğulub. Hazırda hüquq psixologiyası üzrə təhsil alır. Onunla söhbəti təqdim edirik:

- Südabə xanım, sanki 1990-cı illərdən bir parçasınız, qopub dövrümüzə düşmüsünüz… Hər il 20 Yanvar faciəsinin anım günü bu mənzərəni təkrar görürük.

- Mənim imicim retro tərzidir. Belə geyimləri, saç düzümünü çox sevirəm… Anam rəssamdır. Salyanda 4 saylı orta məktəbdə işləyir. Mən gözümü açandan evimizdə şəhidlərin portretini görmüşəm.

Birinci kursda oxuyanda İlham və Fərizənin portretini əlimdə tutub Şəhidlər xiyabanına getdim. Məqsədim ailələrindən kiminləsə rastlaşmaq və portreti onlara vermək idi. Ona qədər düşünməzdim ki, kimsə Azərbaycanda İlham və Fərizəni tanımasın, amma təəssüf ki, yolda insanların donuq baxışları ilə rastlaşdım. Tanımayanlar oldu, yaxınlaşıb soruşurdular ki, bunlar kimdir? Hətta şəhid olduqlarını bilmirdilər. Ondan sonra belə bir qərar verdim ki, hər il bir şəhidin portreti ilə xiyabanı ziyarət edim və insanlar şəhidlərimizi yaxşı tanısınlar. Artıq üçüncü ildir ki, bunu edirəm. Ötən il şəhid Ülvi Bünyadzadənin, bu il isə Salyanın yeganə 20 Yanvar şəhidi Elçin İmanovun portreti ilə getdim. Həmin portretləri anam çəkir.

- Adətən, sizin yaşınızda olanlar bu mövzulara bu qədər həssaslıq göstərmirlər. Amma siz fərqlənirsiniz. Bu nədən qaynaqlanır?

- Bu, ailədən irəli gəlir. Anam həmişə öz rəsm əsərlərində vətənpərvərlik motivlərinə üstünlük verib. Tarixi şəxsiyyətlərin, şəhidlərin portreti bizim evin divarlarında olub. Gözümü açıb evimizdə Babəkin portretini görmüşəm. Mənim üçün bu həyatda Vətəndən o tərəf anlayışı yoxdur.

- Geyimləriniz də ötən dövrü xatırladır. İnsan sizə baxanda nostalji hisslər keçirir…
- Bu, mənim öz stilimdir. Adi günlərdə də həmişə belə geyinirəm. Mənə deyirlər ki, geyimin 1990-cı illəri xatırladır. Etiraf edim ki, müasir dövrün dəbi bir o qədər də xoşuma gəlmir. Ona görə də indi mənim üçün hansı tərzin dəbdə olması maraqlı deyil. Həmişə öz tərzimə üstünlük verirəm. Boyunbağılarım olur ki, anam hazırlayır. Qısa saç mənə rahatdır. Beşinci sinifdən belə edirəm.

- Yeri gəlmişkən, bildiyim qədərilə incəsənətə böyük marağınız var. Tez-tez teatrlara gedirsiniz, sənət adamları ilə fotolar çəkdirirsiniz.

- Salyanda böyüklər üçün teatr yoxdur. Mən Bakıya gələndən sonra teatrı kəşf etməyə başladım. Bu, bizim ailənin sənətə olan meylindən irəli gəlir. İncəsənət insanlarına qarşı məndə rəğbət hissi var. Anam aktrisalarımızın, aktyorlarımızın portretlərini çəkir. Bəzən onlarla görüşürük, yaxından ünsiyyət qururuq. Azərbaycanda ən sevimli aktyorum Rasim Balayevdir. Düşünməzdim ki, haçansa onunla görüşə bilərəm. Görüşəndən sonra atama dedim ki, ata, mən “Babək”lə görüşmüşəm.

- Hüquq psixologiyası üzrə təhsil alırsınız. Bu seçiminiz nə ilə bağlıdır?

- Əvvəllər hərbçi olmaq istəyirdim. Sonra bəzi problemlərə görə bu istəyimdən imtina etdim. Daha sonra hüquq psixologiyası ixtisası ilə tanış oldum və qərara gəldim ki, bunu öyrənim. Təəssüf ki, bu ixtisas Azərbaycanda bir o qədər də inkişaf etməyib. Praktikada çox rast gələ bilmirik. Vudro Vilson hüquq psixologiyası üzrə ilk professor olub. Bu sahə üzrə mütəxəssis kimi formalaşmağı düşünürəm.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar