Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya arasındakı birgə biznes layihələri təhlükə altındadır

Türkiyə və Rusiya arasında özəl sektorda bir sıra birgə layihələr ödəniş köçürmələri ətrafında yaranmış vəziyyətə görə təhlükə altındadır...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyinə Rusiya bazarına kosmetika və məişət məhsulları tədarük edən türk şirkətlərindən birindəki mənbə deyib.

Bundan əvvəl mediada türk ixracatçılarının Rusiyadan malların ödənişi üçün nəzərdə tutulan pul köçürmələrini qəbul etməkdən imtina etməsi ilə bağlı məlumatlar yayılıb. Yanvarın 1-dən etibarən əməliyyatlar faktiki olaraq dayandırılıb. Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib ki, diplomatlar bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxlayırlar.

"Biz həqiqətən ümid edirik ki, problem bu həftə həll olunacaq. İki ölkənin birgə biznes layihələri böyük risk altındadır. Bizə məlumat verilib ki, aidiyyatı qurumlar problemi həll edir", deyə agentliyin mənbəsi qeyd edib.

Ankaradakı bir bank mənbəsi əvvəllər maliyyə əməliyyatları ilə bağlı problemin ilin əvvəlində yarandığını, bunun qismən də Qərbin sanksiyaları səbəbindən Türkiyəyə təzyiqlər nəticəsində yarandığını bildirib. Agentliyin həmsöhbəti vurğulayıb ki, bank sektoru Türkiyə tərəfinin anti-Rusiya sanksiyalarından yan keçməyə kömək etdiyinə dair heç bir sübut əldə etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

Ən çox oxunanalar