Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Hindistan XİN başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərakatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb...

Bu barədə Poliqon-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.

Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Qoşulmama Hərəkatının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlərin perspektivləri və cari problemlər müzakirə olunub.

Azərbaycan XİN başçısı vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyin vacibliyini də vurğulayıb.

Paylaşımda o da bildirir ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay