18 yanvar saat 1500 da Azərbaycan İstiqlal muzeyində 20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş “Unudulmaz yaddaş” adlı tədbir keçirildi...
34 il öncə 19 yanvardan 20 yanvara keçən gecə doğma Vətəninin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.
Tədbirin keçirilməsində əsas məqsəd gələcək nəslin keçmişinə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o günü unutmamasıdır.
Bugünkü tədbirdə “3 № -li Uşaq-Gənclər İnkişaf Mərkəzi ” nin dərnək üzvləri hazırladığı 30 dəqiqəlik bədii kompozisiyası ilə çıxış etdilər.
Tədbirdə “ 3 № -li Uşaq-Gənclər İnkişaf Mərkəzi ” Publik Hüquqi Şəxsin rəhbərliyi və dərnək üzvləri, Səbail rayonu 7 N-li tam orta məktəbin müəllim və şagirdləri və digər qonaqlar iştirak ediblər.
Fotolar
Poliqon.info