Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub...

Poliqon xəbər verir ki, “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nurlan Nurəliyev dövlətimizin başçısına müəssisədə yaradılan şərait və istehsal olunan məhsullar barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb. İstehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.

Hazırda müəssisədə 120 nəfər çalışır. Ümumi sahəsi 4900 kvadratmetr olan müəssisənin ərazisində əsas bina, qazanxana, keçid məntəqəsi, yanğın əleyhinə su anbarı, transformator yarımstansiyası inşa edilib. Ərazidə geniş yaşıllıq sahəsi yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fotolar

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar