Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirir...

DİN-in mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli olub. Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb.

Son sutka ərzində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlar tərəfindən hava şəraiti ilə bağlı 3 765 çağırış daxil olub və kömək istənilib. Hər bir çağırış operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara zəruri köməkliklər göstərilib. Çağırışlar əsasən respublikamızın magistral yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub. Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri ilə yaşayış yerlərinə çatdırılması təmin edilib.

"Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", - məlumatda deyilir.

Hazırda DİN əməkdaşlarının ölkə ərazisində fasiləsiz rejimdə xidməti davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar