Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda İrandan gətirilən 32 kq narkotik dövriyyədən çıxarılıb - Video

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir...

Daxili İşlər Nazirliyindən Poliqon-a bildirilib ki, bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar.

Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32 kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket: İran narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ən çox oxunanalar