Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lui Bononun Ermənistan səfəri... - ABŞ-ın cəhdləri Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət edir?..

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri iki gündür ki, Ermənistandadır...

Siyasi-şərhçi: “Hazırda İrəvanda Ermənistan nümayəndələri ilə görüşdən anlaşılan odur ki, ABŞ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında vasitəçilik təşəbbüsünü yenidən ələ almaq istəyir”.

“Əgər Vaşinqton Qafqazdakı proseslərdə iştirakçı olmaq isrəyirsə, anlamalıdır ki, Azərbaycana qarşı öz ənənəvi təzyiq siyasətindən əl çəkməli və müzakirə olunan məsələlərə adil yanaşmalıdır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin Ermənistan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono iki gündür ki, Ermənistandadır və müxtəlif dövlət rəsmiləri ilə görüşlər keçirir. O, Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə müntəzəm danışıq aparıldığını deyib.

Lui Bononun Ermənistana səfərini necə dəyərləndirmək olar və bu səfər Cənubi Qafqazda sülhün möhkəmlənməsinə nə qədər xidmət edir?

ABŞ-ın Azərbaycan-Ermənistan əlaqələrindəki rolunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Üçüncü və ya dördüncü tərəflərin sülh prosesinə müdaxiləsi iki ölkə arasında sülh sazişinin imzalanmasını əksinə tezləşdirmək əvəzinə uzada bilər”.

Əgər iki dövlət öz aralarında anlaşa bilirsə və vasitəsiz məsələləri yoluna qoymaq imkanalrı varsa, əlavə vasitəçiyə ehtiyacın olmadığını vurğulayan ekspert anti-terror əməliyyatından sonra Yevlaxda məhz vasitəçisiz görüşdən sonra uğurlu nəticənin hasil olduğunu xatırladıb:

“Lui Bono bir neçə ay öncə, daha dəqiq sentyabr ayında anoloji səfərini Azərbaycanada etdi və burada XİN rəhbəri Ceybun Bayramovla görüşdü. Hazırda İrəvanda Ermənistan nümayəndələri ilə görüşdən anlaşılan odur ki, ABŞ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında vasitəçilik təşəbbüsünü yenidən ələ almaq istəyir.

Son aylar ABŞ -nın bu dialoq prosesində rolu xeyli azalmışdır. Bunada səbəb ABŞ-ın özü olub. Ötən ilin sonlarında ABŞ-da Azərbaycana qarşı hesabatlar yayımlanırdı, xeyli təziqlər var idi. Əgər Vaşinqton Qafqazdakı proseslərdə iştirakçı olmaq isrəyirsə, anlamalıdır ki, Azərbaycana qarşı öz ənənəvi təzyiq siyasətindən əl çəkməli və müzakirə olunan məsələlərə adil yanaşmalıdır. Əks halda, Azərbaycan heç bir halda tərəfli mövqe sərgiləyən ölkələrin vasitəçi olmaqlarına imkan yaratmamalıdır.

Hesab edirəm ki, ümümiyyətlə əgər iki dövlət öz aralarında anlaşa bilirsə və vasitəsiz məsələləri yoluna qoyursa, əlavə vasitəçiyə ehtiyac yoxdur. Yadınızdadırsa, anti-terror əməliyyatımızdan sonra Yevlaxda məhz vasitəçisiz görüşdən sonra uğurlu nəticə hasil oldu, eyni zamanda son olaraq Qazaxda baş tutan görüşdə də həmçinin. Bu baxımdan, düşünürəm ki , üçüncü və ya dördüncü tərəflərin sülh prosesinə müdaxiləsi iki ölkə arasında sülh sazişinin imzalanmasını əksinə tezləşdirmək əvəzinə uzada bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar