Pentaqon rəhbəri Lloyd Ostinin ABŞ prezidenti Co Baydenə və digər Ağ Ev rəsmilərinə, həmçinin Konqresin üzvlərinə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verməməsi Ağ Evdəki bəzi rəsmiləri qəzəbləndirib...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico qəzeti rəsmilərə istinadən yazıb.
"Ostinin ən yüksək səviyyəli məsləhətçilərinə, konqres liderlərinə və hətta prezident Co Baydenə tibbi prosedurdan yaranan ağırlaşmalar səbəbindən keçən həftə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verməməsi Ağ Ev və Pentaqonun yüksək rütbəli rəsmilərini hiddətləndirib və bu, çaşqınlıq yaradan mübahisəyə çevrilib", deyə nəşr qeyd edib.
Qeyd olunur ki, rəsmilərə görə, Ostin onilliklər boyu davam edən hərbi karyerası boyunca kameralardan qaçan və yalnız bir neçə yaxın dostu olan introvert kimi tanınır.
Eyni zamanda, nəşrə görə, ABŞ Konqresində və Ağ Evdə Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumata görə insidentlə əlaqədar kimsə işini itirməsi tələbi ilə təzyiqlər artır.
"HuffPost" və "New York Magazine" jurnallarının amerikalı jurnalisti Yaşar Əli isə X (keçmiş Twitter) sosial şəbəkəsində Pentaqonun rəhbəri Lloyd Ostinin "həssas" əməliyyat keçirdini yazıb, buna görə də onun xəstəxanaya yerləşdirilməsi gizli saxlanılıb. Onun fikrincə, Pentaqon rəhbəri BBL (qocalma əlamətləri ilə mübarizə aparmaq üçün problemli dəri üçün fotocavanlaşdırma proseduru-red.) əməliyyatı keçirib.
O, həmçinin qeyd edib ki, Ostinin cərrahi üsullardan istifadə edərək bəzi digər kosmetik prosedurlara görə xəstəxanaya yerləşdirilməsini gizlədə bilərdi. Yaşar Əli mümkün variant kimi liposaksiyanı (dərialtı piylərin çıxarılması) göstərib.
Yanvarın 7-də "Bloomberg" yazıb ki, Pentaqonun Lloyd Ostinin səhhəti ilə bağlı məlumatları qəsdən gizlədib. Yanvarın 8-də Pentaqonun sözçüsü Patrik Rayder Ostinin hələ də xəstəxanada olduğunu və onun evə buraxılması üçün hələ dəqiq tarix olmadığını bildirib.
Poliqon.info