Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: İsrail HƏMAS-la müharibə planlarını dəyişir

İsrail Fələstin HƏMAS hərəkatını tamamilə məhv etmək planlarından imtina edir və qüvvələrini israilli girovları azad etməyə yönəldir...

Poliqon xəbər verir ki, Amerikanın CNN telekanalına müsahibə verən ekspertlər bu qənaətə gəliblər.

Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq və Şimali Afrika üzrə əməkdaşı Bilal Y. Saab İsrailin Fələstinin HƏMAS hərəkatını tamamilə məhv etmək niyyətini əlçatmaz məqsəd adlandırıb.

“IDF rəhbərliyi çox yaxşı başa düşür ki, onların edə biləcəyi əsas şey HƏMAS-ın hərbi imkanlarını ciddi şəkildə zəiflətməkdir”, deyə Saab bildirib.

Ekspert sözlərinə görə, İsrailin artan beynəlxalq hiddət fonunda nə qədər müharibə apara biləcəyi bəlli deyil. Buna görə də Saab hesab edir ki, İsrailin HƏMAS-ın inzibati “zirvəsini” məhv etmək niyyəti nəzərəçarpacaq nəticə verməyəcək, çünki “belə təşkilatlar liderləri asanlıqla əvəz edə bilirlər.

İsrail Demokratiya İnstitutunun rəhbəri və Knessetin Kadima partiyasından keçmiş üzvü Yohanan Plesner isə hesab edir ki, HƏMAS əsirliyində qalan israilli girovların yaxınları İsrailin Baş naziri Benyamin Netanyahuya güclü siyasi təzyiq göstərirlər. İsrailin Baş nazirinin ölkədəki reytinqi Qəzza zolağında müharibə başlayandan bəri xeyli aşağı düşüb.

Qeyd edək ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin hərəkatı tamamilə məhv edilənə qədər müharibə davam edəcək.

Qəzza zolağında gedən döyüşlər nəticəsində 22,2 min nəfər həlak olub. 100-dən çox insan HƏMAS hərəkatının girovu olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar