Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? 

“Qəsdən adam öldürən şəxslərə ölüm cəzası verilməsini doğru hesab edirəm”...

Bunu “Qaynarinfo”ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Türkiyədə qadın cinayətləri üçün edam cəzasının bərpa olunması təklifinə münasibət bildirərkən deyib.

Hüquqşünas vurğulayıb ki, Türkiyədə qadın qətllərinin artım dinamikası müşühidə edilir:

“Bu baxımdan, Türkiyədə ölüm cəzasının bərpası təkliflərini təqdir edirəm. Ümumiyyətlə, hər bir şəxsə verilən cəza törədilmiş cinayətə adekvat olmalıdır. Mən hüquqşünas kimi ölüm cəzasının ləğv edilməsinin əlehinə olmuşam. Onun bərpa edilməsinin tərəfdarıyam. Yəni, qəsdən adam öldürən şəxsə ölüm cəzası verilməlidir”.

Vəkil Anar Qasımlı isə açıqlamasında bildirib ki, ölüm hökmü Azərbaycan qanunvericiliyindən çıxarılıb:

“Ölüm hökmünün olub-olmaması çox müzakirə edilə bilər. ABŞ-də elə ştatlar var ki, orada ölüm hökmü qüvvədədir. Artıq cəmiyyət ölüm hökmündən imtina etməlidir. Cəzanın məqsədi var. Cəzanın məqsədi şəxsi islah etmək, başqalarını xəbardar etməkdir. Ömürlük azadlıqdan məhrum etmə cəzası da bir xəbərdarlıqdır - bu səhvləri etməyin, belə cinayətlərdən uzaq olun və sairə. Bir halda ki, cəzanın məqsədi şəxsi islah etməkdir, ölüm cəzası ilə şəxsi necə islah edə bilərik? Bu təklif anlaşılan deyil, qadın qətllərinə görə ölüm hökmü tələb etmək də anlaşılan deyil. Burada ayrıseçkilik var. Qadını öldürməyə görə ölüm hökümü verilsin, amma öldürdüyü bir kişidirsə, ölüm hökmü verilməsin, bu, absurd yanaşmadır”.


Anar Qasımlı qeyd edib ki, Azərbaycan qanunvericiliyi ilə bu hallarla bağlı kifayət qədər sərt tədbirlər görülür:

“Ona görə hər hansı ölüm hökmünün müzakirəsinə ehtiyac görmürəm. Bu məsələ Azərbaycanda gündəlikdən çıxarılıb. Cinayət törədən şəxs cəzanı hiss eləməlidir. Onun hər gün ağrı-acısını çəkməlidir. Müzakirə oluna bilər ki, cəzaçəkmə müəssisələrini sərtləşdirək. Cinayət törədən şəxslər daha sərt rejimlərdə cəza çəksinlər”.

Qeyd edək ki, Türkiyə Ali Apellyasiya Məhkəməsinin baş prokuroru Bekir Şahin təklif edib ki, qadın qətllərinə görə edam cəzası bərpa olunmalıdır:

“Təqsiri sübuta yetirilən şəxsə edam cəzası verilməlidir. Bəzi əməllərə görə edam cəzası tətbiq edilməlidir. Hamilə qadını saysız-hesabsız bıçaq zərbələri ilə qətlə yetirən şəxsə ağırlaşdırılmış həbs yerinə edam cəzası verilməlidir. Ağırlaşdırılmış ömürlük həbs çəkindirici deyil”.

Poliqon.info


Etiket: ölüm hökmü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar