Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda törədilən partlayışlarda ölənlərin sayı 188-ə çatıb - Yenilənib

İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 188-ə çatıb...

"Report" xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən xəbər verir. Qeyd edək ki, terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib.

Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

***

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

Bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

Yaralıların sayının 200-ə çatacağı bildirilir.

***

“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

***

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.

Bildirilib ki, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.

Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.

***

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.

İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

***

Məlumatı "Tasnim" yayıb.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir. (Report)

Poliqon.info 


Etiket: Partlayış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar