Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: “Minalar və dağıntılar Qarabağda əvvəlki həyata qayıtmaq üçün əsas maneədir” 

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib:

“Rəsmi olaraq Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. “Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl bu insanlar arasında sorğular aparılıb və sorğuda iştirak edənlərin 85 faizdən çoxu geri qayıtmaq istədiyini bildirib. Geri qayıtmaq arzusunu təkcə oradakı həyatlarını, oradan necə qovulduqlarını xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman etnik təmizləməyə məruz qalanların övladları, nəvələri də ifadə ediblər”.

 
E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan, ErmənistanRusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır:

“Təxminən 10 min kvadrat kilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi - evlər, xəstəxanalar, məktəblər və s. Ona görə də, infrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq - 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Ən çox oxunanalar