Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika artıq ABŞ-ın əsas prioriteti deyil

Amerika hakimiyyəti Afrika ölkələri ilə münasibətlərə az diqqət yetirməyə başlayıb...

Poliqon xəbər verir ki, bu fikri politoloq mütəxəssis Yinka Adeqoke Amerikanın "Semafor" portalına deyib.

Yinka Adeqokenin fikrincə, Afrika yenidən ABŞ-ın prioritetlər siyahısında aşağı pillələrə düşmüş kimi görünməyə başlayıb.

O, Afrika qitəsinə marağın azalmasının səbəblərindən danışaraq, ABŞ-ın Ukraynadakı münaqişəyə və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına diqqətinin artmasını qeyd edib. Politoloq qeyd edib ki, bir il əvvəl Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitinin yekunlarına əsasən, 2023-cü ildə Amerika lideri Co Baydenin qitə ölkələrinə səfəri planlaşdırılsa da, bu səfər baş tutmayıb.

Qeyd edək ki, ötən gün "The Guardian" da ABŞ Afrikanı diqqətdən kənarda qoyduğunu yazmışdı. Qəzet qeyd edir ki, ABŞAvropa İttifaqı Ukrayna və Qəzza zolağında yaranmış gərgin vəziyyətə görə Sudandakı münaqişəyə az diqqət yetirməyə başlayıb. Nəşrə danışan politoloqları qeyd ediblər ki, Sudandakı 8 aylıq böhran dövründə Ağ Ev rəhbəri heç vaxt vəd etdiyi xüsusi elçisini ölkəyə göndərməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Ən çox oxunanalar