Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: “Azərbaycandakı diplomatik nümayəndəliklərlə bağlı heç vaxt insident olmayıb”

Müstəqillik əldə etdikdən bəri Azərbaycanda başqa dövlətlərin diplomatik nümayəndəlikləri ilə bağlı heç bir insident olmayıb, amma Azərbaycanın xaricdəki səfirliklərinə hücumlar edilib.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Məsələn, son illərdə Livanda erməni diasporunun nümayəndələri tərəfindən səfirliyimizə hücum etmək üçün bir neçə dəfə aqressiv cəhdlər olub. Bu, yeganə hal deyil. Ancaq bir hal istisna olmaqla, bütün bu cəhdlərin qarşısı kifayət qədər peşəkarlıqla alınıb. Təəssüf ki, müxtəlif ölkələrdəki bütün diplomatik nümayəndəliklər haqqında bunu söyləyə bilmərəm”, - o vurğulayıb.

Xarici işlər naziri xatırladıb ki, həmin vaxt Livanda müxtəlif əşyalarla silahlanmış 1000-ə yaxın insan səfirliyə hücum etmək istəyib: “Səfirliyin əməkdaşları heç bir fiziki xəsarət almasa da, səfirliyə ziyan dəyib. Livanın hüquq-mühafizə orqanlarının nümayəndələri ilə sıx əməkdaşlıq etdik və buna təhrik edən şəxslərin hər birinin kimliyini müəyyənləşdirdik”.

“Mən istəyirəm ki, bu istiqamətdə düzgün yanaşma olsun. Əgər diplomatik missiyanın yerləşdiyi dövlət öz funksiyalarını və Vyana Konvensiyasına əsasən digər ölkəyə səfirlik açarkən verdiyi təminatları yerinə yetirmirsə, heç bir dövlət başqa ölkənin ərazisindəki missiyasının toxunulmazlığına yüz faiz təminat verə bilməz. Biz həmin dövlətlərə bu prinsiplərin qarşılıqlı olduğunu xatırladırıq ki, onlar bu məsələyə ciddi yanaşsınlar. Bu, təbii ki, fəaliyyətimizin vacib tərkib hissəsidir”, - C.Bayramov əlavə edib.

Poliqon.info 


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar