Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: Azərbaycan Ermənistanla sülh razılaşmasına yaxındır

Azərbaycan rəsmiləri bildiriblər ki, ölkə Qarabağ bölgəsinə nəzarəti ələ keçirmək üçün sentyabrda ildırım sürətli hücumdan sonra illərlə davam edən münaqişəyə son qoymaq üçün Ermənistanla sülh razılaşmasına yaxınlaşıblar...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Guardian nəşrinidə dərc olunan məqalədə bildirilir.

Nəşr yazır ki, həlledici hərbi hücumla üzləşərək 1990-cı illərdən bəri Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarəti altında olan Qarabağın dağlıq hissəsini 100 mindən çox insan tərk edib.

Güc nümayişindən sonra ermənilər regionu demək olar ki, boşaldıb və Ermənistanın Baş naziri Nikol Paşinyan bunu etnik təmizləmə aktı olaraq qiymətləndirib. Azərbaycan isə bunu inkar edir. Rəsmi Bakı ermənilərin ərazini özləri tərk etdiklərini bildirir.

The Guardian qeyd edir ki, bunun ardınca iki ölkə arasında münasibətlərin sabitləşdirilməsi və bir-birinin ərazi büütövlüyünün tanınması üçün sülh sazişi üzrə danışıqların sürətləndirilməsi baş verib.

Nadir xoş niyyət əlaməti olaraq, hər iki tərəf dekabrın 13-də hərbi əsirləri dəyişdirib və üçüncü tərəfin vasitəçiliyini cəlb etməyən birgə bəyanat la çəıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Sankt-Peterburqda Paşinyanla ikitərəfli danışıqlar aparmaq üçün görüşüb. Bu görüşdən hələ çox az şey məlumdur.

Hər iki tərəf potensial sülh sazişi üçün yeddi layihə mübadiləsi aparıb. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, ölkəsi hazırda Ermənistanın son təkliflər layihəsi ilə bağlı şərhlərinə cavab gözləyir.

“Danışıqların bu kritik mərhələsində, yekun razılaşmadan o qədər də uzaqda olmadığımızı başa düşmək vacibdir. Bizim həqiqətən də nəticəyə yönəlmiş səylərə ehtiyacımız var”, deyə Əmirbəyov bildirib.

“Mən bilirəm ki, heç bir əhəmiyyətli nəticə əldə olunmayan 30 illik danışıqlardan sonra hər iki tərəfdə müəyyən yorğunluq var, eləcə də heç bir ağlabatan nəticə olmadan bir-birimizi görməyə nə qədər davam edəcəyimizlə bağlı məyusluq var”, deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

The Guardian yazır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınıb, lakin münaqişəyə son qoymaq səyləri strateji əhəmiyyətli regionda diplomatik təsir üçün mübarizə aparan Türkiyə, Rusiya, İran, ABŞAvropa İttfaqının müdaxiləsi ilə çətinləşir.

Nəşr vurğrulayır ki, Rusiyanın Ermənistanda əhəmiyyətli hərbi mövcudluğu var. Ərazi Çini Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirəcək nəqliyyat dəhlizi olan “orta dəhliz”i özündə birləşdirdiyinə görə geostrateji əhəmiyyət kəsb edir.

Əmirbəyov bildirib ki, saziş layihəsinin beş prinsipi “bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birinə qarşı hər hansı ərazi iddialarından imtina, bir-birinə zidd olan hər hansı hərəkətlərdən imtina etmək” prinsiplərindən ibarətdir. Vənəhayət, Ermənistanla Azərbaycan arasında kommunikasiya yollarının və əlaqələrin açılması əsas müzakirə obyektlətindən biridir.

Praktikada danışıqlar üçün çox çətin hesab edildiyi üçün sərhədin demarkasiyası məsələsi sonrakı mərhələdə həll oluna bilər.

Azərbaycan da saziş çərçivəsində hansısa mübahisələrin həlli mexanizmi yaratmaq istəyir.

Həll olunmayan məsələlərdən biri də Azərbaycanın əsas hissəsi ilə onun eksklavı Naxçıvan arasında əlaqədir. 2020-ci ilin noyabrında iki ölkə arasında müharibədən sonra imzalanmış atəşkəs sazişinin bir hissəsi olaraq, Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən köhnə sovet dəmir yolu boyunca quru nəqliyyat əlaqələrinin açılmasına razılıq verib.

Azərbaycanın iki hissəsi arasında Azərbaycan və Naxçıvan arasında əlaqə bizim üçün həm milli təhlükəsizlik baxımından, həm də orta dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir. Biz daha çox vaxt itirə bilmərik. Bəyanatdan üç il keçsə də, Ermənistan 42 kilometrlik hissənin texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb”, deyə Əmirbəyov bildirib.

“Əlbəttə, biz Ermənistanı onların üzərinə götürdükləri şeyi etməyə məcbur edə bilmərik və bu dəhlizi zorla və ya buna bənzər hər hansı bir üsulla açmaq üçün güc tətbiq etmək fikrindən də uzağıq. Buna görə də biz Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsi qurmaq üçün B planı olaraq İrana üz tutduq”, deyə Azərbaycan prezidentinin nümayəndəsi bildirib.

Köçkün etnik erməni separatçıları indi mühacirətdə hökumət qurmaqdan danışırlar və Azərbaycan israr edir ki, sentyabrda didərgin düşmüş etnik ermənilərin geri qayıtmaq hüququ olacaqsa, əvvəllər Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları tanınmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar