Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Macarıstanın razılığı olmadan Ukraynaya 20 milyard avro ayıracaq

Avropa İttifaqı üzv ölkələrin zəmanəti altında borc vəsaitləri götürməklə Ukraynaya 20 milyard avro yardım ayırmağa imkan verəcək mexanizm hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, bu mexanizmdən istifadə etməklə Aİ ölkələri Macarıstanın Ukraynaya 50 milyard avro məbləğində yardıma veto qoymasını dörd il müddətinə aşmağı planlaşdırır.

Nəşrin mənbələrinə görə, Aİ ölkələri ümumi büdcə üçün maliyyə təminatlarını öz üzərinə götürəcək. Bu, Avropa Komissiyasına Ukraynaya kömək etmək üçün kapital bazarlarından lazımi məbləğdə borc almağa imkan verəcək. Oxşar mexanizm artıq koronavirus pandemiyası zamanı üzv ölkələrə 100 milyard avro yardım ayırmaq üçün istifadə edilib.

Belə bir mexanizm Aİ-yə üzv olan bütün ölkələrin razılığını tələb etmir, çünki qərarı kredit reytinqi yüksək olan ölkələr verəcək. Lakin Almaniya və Niderland kimi bəzi ölkələrdə bunu etmək üçün parlamentin icazəsi alınmalıdır.

Digər variant kimi Aİ səlahiyyətliləri Ukraynaya ucuz qısamüddətli kreditlər verməyi nəzərdən keçirir. Bu sxemə əsasən, Ukrayna 2023-cü ildə artıq 18 milyard avro alıb.

Eyni zamanda, qəzetin mənbələrinə görə, üzv ölkələr üçün prioritet məsələ Ukraynaya 50 milyard avro məbləğində yardımın razılaşdırılmasıdır. Nəşrin mənbələrinə görə, Avropa İttifaqının rəhbərliyi Ukraynaya martın əvvəlinə qədər yardım göstərəcəyinə söz verib.

Qeyd edək ki, dekabrın 15-də Avropa İttifaqının sammitində Macarıstanın baş naziri Viktor Orban Ukraynaya kredit və qrant şəklində 50 milyard avroluq yardımın verilməsinə veto qoyub. Bu məsələni müzakirə etmək üçün Aİ ölkələri 2024-cü ilin əvvəlində fövqəladə sammit keçirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar