Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöbə müdiri: “Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər...”

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub...

“Qaynarinfo”nun məlumatına görə, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs, 1968-ci ildə İmişli rayonunda anadan olmuş Hüseyn Seyidov 25 il sözügedən xəstəxanada həkim-ordinator və şöbə müdiri vəzifəsində çalışıb. Hüseyn Seyidov həmin vəzifədə işləyərkən xəstəxanada bəzi pasiyentlər hər gün saat 9:00-dan 16:00-a qədər müalicə almalı və müayinə edilməli olduqları halda, onlardan müəyyən məbləğdə pul alaraq xəstəxanaya gəlmədən tibbi kartlarından çıxarış verib, xəstələrin əlillik almaları üçün qeyriləri ilə qabaqcadan əlbir olaraq sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, o, 1997-ci il tarixdən Respublika Psixiatriya Xəstəxanasında anlaqsız şəxslərə, nevroz xəstələrinə, ruhi xəstələrə, psixi pozuntusu olan şəxslərə baxıb.

Hüseyn Seyidov barəsində şikayət edən xəstələrdən nə qədər pul aldığını xatırlamır, lakin deyib ki, pulları ona rüşvət kimi yox, hörmət mənasında veriblər:

“Xəstə Qaragöz Hacıyevanın qohumu, həqiqətən, mənə 400 manat hörmət edib. Amma mən həmin pulun qarşılığında nəsə edəcəyimə söz verməmişəm. Daha bir xəstə xəstəxanaya gəlib, ona köməklik göstərdiyimə görə mənə 150 manat hörmət edib. Başqa xəstə göstərdiyim xidmətə görə hörmət əlaməti olaraq 200 manat verib. Digərləri də eyni cür olub”.

O, çıxışında deyib ki, heç kimdən pul tələb etməyib, adıçəkilən şəxslər ona hörmət adı altında könüllü surətdə pul veriblər:

“Mənə verilən pulun 70-80%-i xəstələrə sərf olunub. Xəstələrin siqaretləri olmurdusa və ya başqa nəsə arzulayırdılarsa, bunların hamısı ilə onlar təmin ediliblər”.

Məhkəmənin hökmü ilə Hüseyn Seyidov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Ən çox oxunanalar