Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb...

Yeniavaz.com xəbər verir ki, Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb.

İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq iclası təyin olunsa da, məhkəmə baş tutmayıb.

Bildirilir ki, iddia müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, sabiq rektor Seymur Talıbovla bərabər Hüseyn Yaşar oğlu Məmmədov barəsində də iddia qaldırıb.
Hüseyn Yaşarov bu ilin əvvəlində Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvan Bank” ASC-nin səhmlərinin 63,66%-ni onlardan satın alıb.

Barəsində iddia qaldırılan Seymur Talıbov eyni zamanda “Naxçıvan” Universitetinin təsisçisi olub.

Bu ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

Seymur Talıbov və Hüseyn Yaşarovu məhkəməyə verən İsmayıl Əliyev 1950-ci ildə anadan olub. Pedaqogika elmləri doktoru olan İsmayıl Əliyev 20 il - 1999-2019-cu illərdə “Naxçıvan” Universitetinin rektoru olub. İsmayıl Əliyev eyni zamanda 2000-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar