Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün dünya azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyəcəklər

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib...

Virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun keçirdiyi silsilə tədbirlərdən bəhs edən videoçarxın nümayişi ilə davam etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı böyük tarixi hadisə - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bu tarixi proses zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nümayiş etdirdikləri birlik və həmrəyliyə görə soydaşlarımıza və ölkəmizin dostlarına təşəkkürünü bildirib. Bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza qayğısının dayandığı, Prezident İlham Əliyevin Azərbaycan diasporunun dünyada real gücə, söz sahibinə çevrilməsi məsələsinə daim diqqət yetirdiyi, diasporumuzun çevikliyində və birliyində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin xüsusi rol oynadığı nəzərə çatdırılıb. 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini xatırladan sədr xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını səsvermədə aktiv iştirak etməyə çağırıb.

Diaspor fəalları çıxışlarında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, xalqımızı bayramlar münasibətilə təbrik ediblər. Azərbaycan Bayrağının ölkəmizin bütün şəhər və kəndlərində ucaldılmasına nail olan Prezident İlham Əliyevin xalqımızın şərəfini və qürurunu özünə qaytardığı xüsusilə vurğulanıb. Dövlət başçısını doğum günü münasibətilə təbrik edən soydaşlarımız qeyd ediblər ki, 7 fevral 2024-cü il prezident seçkisində İlham Əliyevi dəstəkləyəcək, bundan sonra da Vətənimizin dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha güclü şəkildə çalışacaqlar.

Videokonfrans boyunca xaricdəki soydaşlarımızın təbrik videomüraciətləri və müxtəlif musiqi nömrələri təqdim olunub. 24 ölkədən 42 nəfər soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar