Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ miqrasiya siyasətində islahatların aparılması ilə bağlı razılığa gəlib

Avropa Parlamenti və Avropa İttifaqına üzv ölkələr miqrasiya siyasətində islahatla bağlı razılığa gəliblər...

Poliqon "RİA Novosti" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

"Biz miqrasiya və sığınacaq siyasəti ilə bağlı hərtərəfli paket üzərində razılığa gəldik", deyə komissar bildirib.

İlva Yohanson aydınlaşdırıb ki, bu, Avropa İttifaqı ölkələrinin sərhədlərinin daha yaxşı qorunmasına kömək edəcək. Avropa komissarı vurğulayıb ki, Avropa dəyərlərinə əsaslanan islahatlar həmrəyliyi gücləndirməyə və sığınacaq axtaranların daha da qorunmasına kömək edəcək.

Miqrasiya və Sığınacaq Paktı indi rəsmi təsdiq prosesindən keçməlidir. Bu, xarici sərhədlərdə artan nəzarəti, sığınacaq müraciətlərinin daha sürətli işlənməsini və Aİ-də qalmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılmasını tənzimləyən yeni qaydaları ehtiva edir.

Dekabrın 19-da məlum olub ki, Avropa İttifaqı miqrantlara görə üçüncü ölkələrdə divar hörmək istəyir. Belə ki, üzv ölkələr öz ərazilərinə gələn miqrantların sayını azaltmaq üçün üçüncü ölkələrin sərhədlərində divarların və hasarların tikintisini maliyyələşdirməyə hazırdırlar.

"Euroactiv"in məlumatına förə, bununla bağlı müvafiq görüşlərin dekabrın 18-də və 19-da baş tutub. Eyni zamanda, əsas müzakirə mövzusu miqrasiya həmrəyliyi adlandırılan mexanizm olub. Jurnalistlərin fikrincə, əvvəlcə avropalı parlamentarilər yalnız miqrantların köçürülməsi və çətin vəziyyətə düşmüş region ölkələrinə maliyyə yardımı göstərilməsi imkanlarını müzakirə etməyi planlaşdırıblar. Məqalədə qeyd edilir ki, Aİ rəhbərliyi ümumilikdə Alyansın sərhədlərini əcnəbilər üçün daha keçilməz etməyə cəhd edə bilər.

"Həmrəylik mexanizmi"nin mahiyyəti əlavə tədbirlər kompleksi ilə köklü şəkildə dəyişdirilə bilər", deyə nəşr yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar