Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş Yeri qızdırırsa, kosmos niyə bu qədər soyuqdur: Elm buna cavab verir

Elm adamları qlobal problemləri, məsələn, yerdənkənar həyatın, yaşayış üçün yararlı ekzoplanetlərin axtarışı və sair məsələləri öyrənməyə artıq öyrəşiblər, lakin eyni zamanda, daha sadə məsələlər diqqətdən kənarda qalır...

Bu məsələ ilə bağlı “IFLScience” elmi saytı araşdırma aparıb.

Məsələn, bu yaxınlarda internet istifadəçiləri maraqlanırdılar ki, Günəş Yeri və digər planetləri bu qədər qızdırır, bəs kosmos niyə bu qədər soyuqdur?

Alimlərin fikrincə, ilk diqqət çəkən odur ki, kosmosda fon temperaturu orta hesabla 2,7 kelvin və ya -270,45 dərəcə selsi təşkil edir. İkincisi, Günəşimiz həqiqətən qızğındır, baxmayaraq ki, bu fakt da çaşdırıcı ola bilər.
Məsələ burasındadır ki, Günəş nüvəsinin temperaturu 15 milyon dərəcə selsiyə çatır, onun səthində (fotosferdə) temperatur 5,5 min dərəcə selsiyə enir. Eyni zamanda, günəş tacı (Günəş atmosferinin xarici hissəsi) fotosferdən uzaqlaşdıqca qızır və temperaturu 3,5 milyon dərəcə selsiyə çatır.

Bəs niyə kosmos son dərəcə soyuq qalır? İnsanların intuitiv olaraq Günəşi çubuqdakı zefir kimi planetləri qızdıran yanan od kimi təsəvvür etdikləri üçün belə suallar yaranır. Ancaq planetlər fərqli şəkildə qızır. Yeri qızdıran istilik Günəşdən gələn birbaşa istilik enerjisi deyil, onun yaydığı şüalarının nəticəsidir. Bunlar Yerdəki hissəciklərlə qarşılıqlı əlaqədə olan görünən işıq da daxil olmaqla bütün elektromaqnit spektrində dalğa uzunluqlarıdır.

Kosmosda kifayət qədər enerji yoxdur. Amma bu o demək deyil ki, Günəşə kosmik gəmi göndərə və onun yanmayacağına əmin ola bilərik. Günəş şüalarının yoluna hər hansı bir maddə qoysaq, o, qızmağa başlayacaq.(oxu.az)

Poliqon.info


Etiket: günəş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar