Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin talançılığı və yaxud Ukrayna Rusiyanın dondurulmuş aktivlərini ala biləcəkmi?

Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqlar intensivləşib...

Siyasi-şərhçi: “Bildiyiniz kimi, G7 ölkələri həmin aktivləri öz istəklərinə görə blokdan çıxarıb Ukraynaya verə bilməz. Bütün bunlar beynəlxalq hüquq çərçivəsində və müəyyən şərtlər əsasında olmalıdır”.

“Heç kəsə sirr deyil ki, ABŞ və Qərb fors major hallarda, inqilablar və müharibə dövründə ölkələrin aktivlərini istədiyi kimi dondura və xərcləyə bilir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

G7 ölkələrinin nümayəndələri dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazıb. Nəşr bildirir ki, buna səbəb Aİ-nin Ukraynaya hələ də 50 milyard avronun ayrılması məsələsində qərara gələ bilməməsidir.

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi beynəlxalq hüquqa nə qədər uyğundur və Aİ bu planını reallaşdırarsa, Qərb maliyyə qurumlarında aktivlərini saxlayan digər ölkələrin etimadını itirməzmi? Ümumiyyətlə, bu proses beynəlxalq maliyyə qurumlarında hansı nəticələr doğura bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hazırda dünya elə bir mərhələyə gəlib çıxıb ki, heç bir yerə tam etimad yoxdur”.

Son taxıl böhranından sonra dünyanın heç bir yerində etimadın olmadığını düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, kasıb Afrika ölkələrinə ayrılan taxılı, pandemiya zamanı maskaları oğurlayan Qərb ölkələrindən ədalət gözləmək sadəlövlük olar:

“Bildiyiniz kimi, G7 ölkələri həmin aktivləri öz istəklərinə görə blokdan çıxarıb Ukraynaya verə bilməz. Bütün bunlar beynəlxalq hüquq çərçivəsində və müəyyən şərtlər əsasında olmalıdır. Əsas argumentlərdən biri də Rusiyanın Ukraynaya vurduğu ziyana görə bu məbləği təzminat kimi ödəməsi ola bilər. Halbuki, 30 ildir Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş milyardlarla ziyanı görməməzlikdən gəlirlər.

O ki, qaldı, digər ölkələrin etimadını itirmək məsələsinə hesab edirəm ki, bu etimad çoxdan itirilib. Heç kəsə sirr deyil ki, ABŞ və Qərb fors major hallarda, inqilablar və müharibə dövründə ölkələrin aktivlərini istədiyi kimi dondura və xərcləyə bilir. Məsələn, Səddam Hüseynin ABŞ-da dondurulmuş 1 milyard dollarını Birləşmiş Ştatlar hökuməti müsadirə etmişdi və İraqda “Hüseyn rejimindən zərər çəkmiş amerikalılara” kompensasiya kimi ödəmişdi. Böyük Britaniya isə keçmiş Çili diktatoru Auqusto Pinoçetin pullarını donduraraq sonradan həmin pulları müxtəlif şirkətlərin nizamnamə kapitalına daxil edib və dövr etdirməkdədir. Yəni, bu ilk belə hadisə deyil.

Bu baxımdan hesab edirəm ki, dünya ölkələri bütün bunlardan dərs çıxarmalıdırlar. Hesab edirəm ki, hazırda dünya elə bir mərhələyə gəlib çıxıb ki, heç bir yerdə tam güvən yoxdur. Son taxıl böhranı bunun əyani sübutu oldu. Kasıb Afrika ölkələrinə ayrılan taxılı, pandemiya zamanı maskaları oğurlayan Qərb ölkələrindən ədalət gözləmək sadəlövlük olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Ən çox oxunanalar