Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Rusiyaya qalib gəlsə, Kosovonun müstəqilliyi tanına bilər

Qərb dövlətləri Ukraynada qalib gəlsə, Kosovonun müstəqilliyi tanına bilər...

Poliqon xəbər verir ki, bunu "İzvestiya" qəzetinə müsahibəsində Avropa Parlamentinin Xorvatiyadan olan üzvü İvan Vilibor Sinçiç deyib.

Onun fikrincə, Kosovonun taleyi Ukrayna münaqişəsində həll olunacaq:

"Rusiya Ukraynada qalib gəlsə, Avropa İttifaqı və ABŞ zəifləyəcəksə, Kosovo Qərbin əhəmiyyətli dəstəyindən məhrum olacaq. Müttəfiqlər nəhayət Əfqanıstandakı kimi Kamp Bondsteeli tərk edəcəklər. Əgər Qərb qalib gəlsə, Kosovo müstəqilliyə nail ola bilər", deyə Sinçiç bildirib.

Qeyd edək ki, Kosova Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlətdir. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir.

Kosovo 17 fevral 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edob. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Ən çox oxunanalar