Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhali və iş adamları sığorta şirkətlərinə niyə inanmırlar? - Şərh

Azərbaycanda əhalinin və biznes subyektlərinin yarıdan çoxu sığorta inanmır...

İqtisadçı-ekspert: “Sığorta şirkətlərinə inamın az olması uzun zamandır Azərbaycanda olan ciddi bir problemdir”.

“Güvənin zədlənməsinin əsas səbəbi vətəndaşların incidilməsi, zaman-zaman vaxtında ödənişlərin olmaması, vətəndaşların haqq etdikləri ödənişlərin zaman-zaman ala bilməməsidir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda sığorta şirkətlərinə olan güvənin olmamasının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Sığortaçılar Assosiasiyası” və İcbari Sığorta Bürosu əhali, biznes subyektləri və iş adamları arasında sorğu keçirib. Sorğuya əsasən Azərbaycanda əhalinin və biznes subyektlərinin yarıdan çoxu sığortaya inanmır.

Azərbaycandakı sığorta sektorunun vəziyyətini necə dəyərləndirmək olar? Əhali və iş adamlarının sığorta şirkətlərinə inanmamasının səbəbləri nədir?

Ölkə sığorta şirkətləri ilə bağlı olan problemləri Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Sığorta şirkətlərinin əsas qayəsi və əsas hədəfi ondan ibarət olmalıdır ki, sosial roliklər, aksiyalar, pozitiv piar kampaniyalar vasitəsilə öz imiclərini düzəltsinlər və əhalidə etimad yaratsınlar”.

İnsanların sığorta şirkətləri ilə bağlı yaşadıqları problemlər simsiz telefon kimi bütün qohumlara, ətraflara yayıldığını bildirən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu da sığorta şirkətlərinə olan etimadın azalmasına əsas səbəb olan əsas faktora çevrilir:

“Sığorta şirkətlərinə inamın az olması uzun zamandır Azərbaycanda ciddi bir problemdir. İnsanlar öz yaxın adamlarına, dostlarına, yaxınlarına, ətraflarına daha çox güvənirlər və zaman-zaman onların sığorta şirkətləri ilə bağlı yaşadıqları problemlər simsiz telefon kimi bütün qohumlara, ətrafa yayılır. Bu da sığorta şirkətlərinə olan etimadın azalmasına əsas səbəb olan əsas faktora çevrilir.

Sığorta şirkətlərinin əsas qayəsi və əsas hədəfi ondan ibarət olmalıdır ki, sosial roliklər, aksiyalar, pozitiv piar kampaniyalar vasitəsilə öz imiclərini düzəltsinlər və əhalidə etimad yaratsınlar.

Etimadın zədlənməsinin əsas səbəbi vətəndaşların incidilməsi, zaman-zaman vaxtında ödənişlərin olmaması, vətəndaşların haqq etdikləri ödənişləri vaxtında ala bilməməsidir. Bu kimi bir çox məsələlər var ki, bu da əhali və iş adamları arasında sığorta şirkətlərinə güvəni zəiflədib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar