Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızılcadan vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışdılar - Yenilənib

Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb...

Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışıblar.

Mərhumun dayısı Fəxrəddin Nəzərov bildirib ki, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə bir həftə öncə xəstələnib və müalicə aldıqdan sonra vəziyyəti yaxşılığa doğru gedib:

“Dünən bir anda gördük ki, uşağın vəziyyəti ağırlaşıb. Təcili yardım gəldikdə, uşağı xəstəxanaya aparmaq istədi. Biz dedik ki, xəstəxanaya aparmaq lazım deyil”.

Vəfat edən azyaşlının babası Şücaət Rufullayev qeyd edib ki, təcili yardım getdikdən bir müddət sonra Uğurun vəziyyəti pisləşib və onu xəstəxanaya aparsalarda uşağı xilas etmək mümkün olmayıb.

Ətraflı Baku TV-nin süjetində:

18.12.2023

2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

***

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Şirinsu qəsəbə sakini olan 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadənin qızılcadan öldüyü bildirilir.

Məlumata görə, azyaşlıda bir həftə əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşağın hərarəti düşüb, yaranan qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili tibbi yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib, onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili tibbi yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb.

Ailənin digər övladı, 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadənin də hərarətinin olduğu, azyaşlının Bakıdakı xəstəxanaya yola salındığı bildirilir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar