Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna problemi Macarıstanın vetosundan yan keçməklə həll oluna bilər

Litva Macarıstanın vetosundan yan keçərək Kiyevə yardım göstərilməsi məsələsinin həllini və Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı istisna etmir...

Poliqon "Sputnik Litva"ya idtinadən xəbər verir ki, bunu respublika prezidenti Gitanas Nauseda deyib.

"Əgər veto hüququndan sui-istifadə etsək, biz sadə və ya müəyyən səs çoxluğuna keçməli olduğumuzu söyləyən skeptiklər düşərgəsinə, şübhəsiz ki, əlavə arqumentlər verəcəyik... Məncə, Macarıstan nisbətən kiçik dövlət kimi bunu istəməməlidir", deyə prezident bildirib.

Gitanas Nausedanın fikrincə, Macarıstan Ukraynanın üzvlüyü ilə bağlı danışıqların başlanmasını əngəlləməklə, özünə ziyan vurur.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ölkələrinin liderlərinin Macarıstanın bu qərarı əngəlləməklə bağlı bəyanatlarına baxmayaraq, bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələ biləcəyi bildirilib.

Dekabrın 14-15-də keçiriləcək Aİ sammitinin gündəliyinə Ukraynanın Avropa İttifaqına daxil olması və 2027-ci ilə qədər Kiyevə 50 milyard avro ayrılması məsələsinin müzakirəsi daxildir.

Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban Aİ-yə üzv olan 27 ölkə lideri arasında yeganə olaraq qalsa belə, Alyansın "dəhşətli səhv"ə yol verməsinə və Ukraynanın birliyə qoşulması ilə bağlı danışıqlara başlamasına imkan verməyəcəyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar