Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı - DİN-dən reaksiya - Yenilənib

Astarada 16 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb...

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib:

“Ailənin yaşadıqları evdə 16 yaşı tamam olmuş həmin qızın gələcəkdə ailə qurmasına razılıq verilməsi münasibətilə yığıncaq təşkil etmək istəmələri ilə bağlı polisə və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya məlumat daxil olub. Dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları və komissiyanın sədri sözügedən ünvanda olub və qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. Sözügedən məsələ mütəmadi şəkildə diqqətdə saxlanılacaq”.

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlanıb.

***

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” proqramında bildirib. O, qızın nişan fotosunu da yayımlayıb. Aparıcı bildirib ki, hadisəni dəqiqləşdirmək üçün ötən gün Astaraya yollanıb:

“Ötən həftə belə hadisə oldu, mən efirdə müraciət etdim ki, belə hal olsa müraciət edin. Qaynar xəttimiz susmur, nə qədər belə qızlarımız var. Bu dəfə də xəbər gələndə, foto istədim. Çünki mənim ötən gün döydüyüm qapıda az qala and içələr ki, belə bir hal yoxdur. Astaranın Kakalos kəndinə getdik. Bir icra məmuru sual verir ki, gəlişiniz məhz cənub rayonlarınadır? Dedim, yox, bütün ölkə ərazisinə”.

L.Azərtaş bildirib ki, ailə artıq toy tarixini də dəqiqləşdirib:

“2024-cü ilin martında toy olacaq xəbərini aldım. Belə çıxır ki, 18 yaş gözlənilməyəcək. Qızın hazırda 16 yaşı var, 14 yaşından nişanlanıb. Bizi aldatmaq istədilər ki, qız 16 yaşında nişanlanıb, 2 il sonra toydur. Vəsiqəyə baxanda isə gördük ki, yalan deyirlər. Qız 2007-ci ildə dünyaya gəlib. Nişan 14 yaşında olub. İndi 16 yaşı var.

Hətta qızın ər evinə göndərilməsinə də vaxt tapıblar. Biz hadisə yerinə çatmamış, xəbər tutublar və qız qayınanasının evindən götürülüb ata evinə aparılıb. Bizə isə dedilər ki, qız qayınana evinin ab-havasına öyrəşmək, ailə həyatına uyğunlaşmaq üçün oraya “deportasiya” edilir.

Getdik evlərinə, çəkilişə mane olmaq istədilər. Qıza sual verəndə isə, bir arzusu olduğunu dedi: oxumaq”.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar