Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriya Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını dəstəkləmir

Avstriya Bosniya və Herseqovina üzündən Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını təsdiqləməyəcək...

Avstriya Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına qarşı çıxıb.

Poliqon xəbər verir ki, bu barədə federal kansler Karl Nehammer bildirib. Kansler bunu Kiyevin Bosniya və Herseqovinanın malik olmadığı imtiyazları alması ilə izah edib.

Karl Nehammer Respublika Milli Şurasının (parlamentin aşağı palatası) Avropa İttifaqı işləri üzrə komitəsi qarşısında çıxış edərək, müxalif Avstriya Azadlıq Partiyasının deputatlarına öz mövqeyini izah edib.

Kansler bildirib ki, Avstriya indiki şəraitdə Ukrayna ilə üzvlük danışıqlarına razı olmayacaq.

“Hazırda üzvlüklə bağlı danışıqlar aparan Bosniya və Herseqovina ilə müqayisədə Ukraynaya qarşı heç bir favoritizm olmamalıdır”, deyə Avstriya kansleri vurğulayıb. Nehammer hesab edir ki, Ukrayna və Moldovaya “həmrəylik əlaməti olaraq” Aİ-yə daxil olmaq perspektivi təklif edilməlidir, lakin kansler sürətləndirilmiş prosedura qarşı çıxıb.

Qeyd edək ki, noyabrda Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağın tərəfdarı olduğunu bildirib. Aİ liderlərinin dekabrda yekun qərar verəcəyi gözlənilir. Avropa Şurası etiraf edir ki, Ukraynanın üzvlük məsələsində ittifaqda yekdil fikir yoxdur. Macarıstan və Slovakiya hakimiyyəti buna açıq şəkildə qarşı çıxır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar