Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Spitak zəlzələsi qurbanlarının cəsədlərinin iki cüt valideynləri peyda olurdu, çünki hər ölən üçün 200 rubl ödənilirdi

Rusiyanın “Ekspress qəzet”i 1988-ci ilin dekabrında Ermənistana dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Spitak şəhərinə gəlmiş jurnalistlərin və xilasedicilərin xatirələrini dərc edib...

Məqalədə qeyd olunur ki, faciədən xəbər tutan sovet ölkəsi yəqin ki, sonuncu dəfə birləşdi.

"Təyyarələr dünyanın hər yerindən İrəvan və Leninakan (indiki Gümrü) hava limanlarına uçurdu - çadırlar, avadanlıqlar, generatorlar, yeməklər, geyimlər, dərmanlar daşınırdı. Təsəvvür edə bilərsinizmi ki, xalqının belə çətin bir vaxtında humanitar yardımı oğurlayanlar da olub? Leninakanda keçirilən müşavirədə yoxa çıxan əmlakın rəqəmləri vaxtaşırı açıqlanırdı”, - deyən jurnalist, hərbi publisist Vladislav Şurıqin xatırlayır ki, o, ermənilərdən ibarət müəmmalı briqadaların təyyarələrə necə yaxınlaşdığını və naməlum istiqamətə yükü apardığını şəxsən müşahidə edib.

“Yalnız göyərtəsində dəyərli olmayan bir şey olsaydı, boşaltma prosesi hərbçilərə tapşırılırdı. Budur o dövrə aid qeydlərim: “500 fransız çadırı, soba və yataq kisəsi”, “300 alman dizel generatoru”, “15 ton ət konservi”, “2000 dəst qış forması (paltarları)”, “10 ton NATO quru qidası”, “3000 ədyal”. Eyni zamanda, İrəvanda olduğu kimi, Leninakanda da zərərçəkənlərə isti paltarlar, uşaq paltarları və s. göndərən sadəlövh sovet “samaratyan”larının çoxsayda bağlamaları var idi. Ən yaxşı halda onlar əski-üskü kimi istifadə olunurdu. Həqiqətən ümumxalq həmrəyliyi fonunda belə münasibət görmək təhqiredici və iyrənc idi”, - o bildirib.

Spitak və Leninakanda işləyən xilasedicilərin xatirələri Şurıqinin sözləri ilə üst-üstə düşür: “Dağıntılar üzərində işləyən çox az yerli sakin var idi: əsasən hərbçilər və könüllülər idi. Dərhal cəfəng şayiələr yayılmağa başladı: deyirdilər ki, rusiyalı hərbçilər geofiziki silahları sınaqdan keçiriblər – məqsədləri ermənilərin diqqətini Qarabağdan yayındırmaqdır. Hələ insanların sağ tapılması üçün ümidin olduğu bir zamanda fransalı xilasedicilərin o vaxtkı ən son model avadanlıqlarını oğurladılar. Bəs naməlum meyitlərlə, hətta müayinəsiz tanımaq mümkün olmayan meyitlərin iki cüt valideynləri meydana çıxırdı, çünki hər ölən şəxs üçün 200 rubl lazım idi”.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar