Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın incisi: UNESCO-dan “Yallı” ilə bağlı qərar - Foto

UNESCO “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib.

Oxu.Az xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında qəbul olunub.

Təşkilatın Azərbaycan Milli Komissiyasının “X” hesabında bu barədə paylaşımda deyilir: “Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbul edilib”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib ki, təşkilatın prosedur qaydalarına görə üzv ölkələr Təcili Qorunma Siyahısında yer alan nominasiyalarla bağlı mütəmadi qaydada hesabatlar təqdim etməlidirlər:

 
“Bu hesabat UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sessiyasında müzakirə və təsdiq edilir. Nominasiyanın həmin siyahıda saxlanıb-saxlanılmaması barədə qərar verilir. Azərbaycanın təqdim etdiyi bu ilki hesabat və görülən işlər təşkilat tərəfindən məqbul hesab olunub və qəbul edilib”.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ümumilikdə 23 mədəni irs nümunəsi Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır, onlardan 21-i representativ siyahıda, qalan ikisi isə təcili qorunma siyahısına daxildir (Biri “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”, ikincisi isə Covqan oyunudur). Yəni UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Təcili Qorunma Siyahısında yer alan “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” barədə Azərbaycanın təqdim etdiyi hesabat təşkilat tərəfindən qəbul edilib.

Poliqon.info 


Etiket: Yallı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar