Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lev Spivak: “Əgər plan baş tutsaydı, o zaman İran bu gün başqa cür danışacaqdı”

“Mütləq şəkildə demək olar ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun arxasında İran dayanır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində israilli analitik, “Azİs” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Lev Spivak deyib.

Lev Spivak oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində Yaxın Şərqdə yaranmış münaqişənin əsas benefisiarının kim olduğu, İranın Səudiyyə-İsrail arasında sazişin normallaşdırılması prosesində, həmçinin İsrail-HƏMAS məsələsində mövqeyi, İsrailə qarşı sərt addımlar atmayaraq yalnız qəzəbli ritorika ilə kifayətlənməsi, İranın ali dini lideri Əli Xameneinin yəhudiləri və sionistləri məhv etmək niyyətində olmadıqları ilə bağlı bəyanatı və s. barədə fikirlərini bildirib.

“Mütləq şəkildə demək olar ki, bütün bunların (HƏMAS hücumunun - red.) arxasında İran dayanır. Heç kimə sirr deyil ki, Livandakı HƏMAS və “Hizbullah” İranın himayəsi altındadır. Əgər oktyabrın 7-də HƏMAS yaraqlıları qarşılarına qoyulan tapşırıqları yerinə yetirə bilsəydilər, bugünkü mənzərə tamamilə fərqli olardı. Onlar Qəzza zolağından sıçradılar, yaxınlıqdakı zolağı və kibbutsları ələ keçirdilər, Sderot və Netivot şəhərlərinə çatdılar, lakin daha irəli gedə bilmədilər. Əgər onlar 40 nömrəli magistral yoluna çatsaydılar (və bu, İsrailin ən uzun şəhərlərarası magistral yollarından biridir), artıq ondan sonra Kiryat-Qat şəhəri gəlir, ardınca da ərəb yaşayış məntəqələri başlayır. Yerli ərəblər, çox güman ki, hücumçulara qoşulacaqdılar. Samariyada (İordan çayının qərb sahili) da artıq iğtişaşlar başlamışdı, lakin oraya qoşun yeridildi”, - deyə analitik qeyd edib.

“İndi ələ keçirilən silahlıların sözlərinə görə, onlar Rişon-Le-Sion şəhərinə, oradan isə Təl-Əvivə (aralarındakı məsafə cəmi 7 km-dir - red.) çatmağı planlaşdırıbmışlar.

Əgər bu plan baş tutsaydı, o zaman İran bu gün başqa cür danışacaqdı. Lakin HƏMAS-ın hərbi əməliyyatı uğursuzluqla nəticələndi, onlar tapşırığı yerinə yetirə bilmədilər və yaraqlıların qarşısını almaq mümkün oldu. İran isə nəticədə tədricən bundan uzaqlaşmaq qərarına gəldi. Hətta İranın proksisi olan “Hizbullah” İsrailin şimalında ara-sıra atəş açsa da, çox sərt hücumlar etmir.

 
Tehran HƏMAS-ı dəstəklədiyini, lakin oktyabrın 7-də tətbiq edilən metodlarla razı olmadığını bəyan edib. Bu, çox dolambaclı bir ifadədir”, - deyə Lev Spivak vurğulayıb.

Onun sözlərinə görə, ərəb-İsrail normallaşma prosesi dayandırılsa da, pozulmayıb.

“Aydındır ki, İsrail və Səudiyyə Ərəbistanı birdən-birə bir-birilərini sevə bilməzlər. Lakin Səudiyyə Ərəbistanının atom bombası yaratmaq üçün dünya güclərindən icazə almaq istəyini xatırlamağa dəyər. Bu şərtlər altında da onlar İsraillə sülh prosesinə razılaşdılar.

Digər normallaşma amili İsraillə artıq inkişaf mərhələsində olan sərfəli maliyyə müqavilələri bağlamaq imkanıdır. Söhbət limanların, neft və qaz kəmərlərinin inşasından gedir. Kiçik və orta İsrail biznesləri artıq Səudiyyə Ərəbistanında fəaliyyət göstərir, baxmayaraq ki, sonuncu məqam ölkələr arasında münasibətlərə o qədər də təsir etmir”, - deyə analitik fikrini yekunlaşdırıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar