Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitik: Senatın qərarı müttəfiqlərin Vaşinqtona etimadı sarsıdacaq

ABŞ Senatında Kiyevə çoxmilyardlıq yardımın göstərilməsinə dair qanun layihəsinin bloklanması Qərb müttəfiqləri, o cümlədən Yaponiya, Cənubi Koreya, Avstraliya və Tayvan tərəfindən Vaşinqtona etimadı sarsıdacaq...

Poliqon xəbər verir ki, bunu Bloomberg Agentliyinə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya üzrə eksperti və ABŞ-ın keçmiş rəsmisi Maks Berqman bildirib.

"Dünyada ABŞ-ın təhlükəsizlik zəmanətlərinə güvənən hər kəs - Tokio, Seul, Kanberra, Taypey şok hissi keçirəcək ki, bu amerikalılara sadəcə etibar etmək olmaz, çünki onlar ciddi deyillər", deyə ekspert bildirib.

Berqmann vurğulayıb ki, Birləşmiş Ştatlar daxilindəki siyasi toqquşmalar ABŞ-ın Ukraynaya xarici siyasət dəstəyini, eləcə də Amerikanın bütün dünya üzrə müttəfiqləri və tərəfdaşlarına etibarını potensial olaraq məhdudlaşdırır.

Bundan əvvəl Ukraynaya çoxmilyardlıq yardımın ayrılması ilə bağlı qanun layihəsinin ABŞ Senatında prosessual səsverməyə çıxarılmadığı bildirilirdi. O, Ukrayna, İsrail və Tayvana 106 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tuturdu. Bu məbləğin yarısından çoxu Kiyev üçün nəzərdə tutulub - 61 milyard dollar.

Dekabrın 6-da ABŞ prezidenti Co Bayden qanunvericilər dekabrın ortalarında Milad tətilinə getməzdən əvvəl federal büdcədən Ukraynaya əlavə böyük maliyyə yardımı ayırmaq barədə administrasiyanın müraciətinin təsdiqlənməsi məsələsi ilə bağlı Konqresə müraciət edib. Amerika prezidenti qeyd edib ki, Vaşinqtonun Kiyevə yardımdan imtina etməsi Ukrayna Silahlı Qüvvələrinin Avropa ölkələrindən dəstəyini təhlükə altına salacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar