Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kipiani: Tiflis Yerevan və Bakı arasında vasitəçi rolunu öz üzərinə götürə bilər, amma...

Analitik mərkəzin rəhbəri qeyd edib ki, İrəvanın bəzi addımları və bəyanatları qeyri-adidir...

"Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu öz üzərinə götürə bilər və Tiflisin belə istəyi alqışa layiqdir. Lakin hazırda Gürcüstan tərəfinin bu funksiyanı tam yerinə yetirmək üçün kifayət qədər resursları yoxdur".

Poliqon xəbər verir ki, bunu "Sputnik Ermənistan"a "Geocase" analitik mərkəzinin rəhbəri Viktor Kipiani bildirib.

Bundan əvvəl Baş nazir İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır. O, həmçinin ErmənistanAzərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar platforması kimi Tiflisi dəfələrlə təklif edib.

"Mən Gürcüstanın vasitəçi roluna ehtiyatla nikbin baxıram. İstənilən halda, mənəvi, psixoloji, siyasi və ideoloji baxımdan gürcü tərəfinin yardım göstərmək istəyi alqışa layiqdir", deyə Kipiani bildirib.

Onun sözlərinə görə, cari hadisələr fonunda Gürcüstanın vəzifəsi gürcü yardımına həqiqətən ehtiyac duyulan lazımi anda lazımi yerdə olmaqdır. Kipiani qeyd edib ki, hazırda mühüm geosiyasi dəyişikliklər baş verir və bu da ilk növbədə Ukraynadakı proseslərlə bağlıdır:

"Mən başa düşürəm və anlayıram ki, Qarabağ müharibəsinin nəticələri Ermənistanın daxili və xarici siyasətinə böyük təsir göstərib. Digər tərəfdən, bu nəticələr yeni imkanlar yaradıb. Bu, ilk növbədə, Bakı ilə İrəvan arasında danışıqlara aiddir. Onlar çətin irəliləsələr də, prosesin sülh müqaviləsinin imzalanması ilə sona çatacağına ümid var".

Analitik mərkəzin rəhbəri qeyd edib ki, İrəvanın bəzi addımları və bəyanatları qeyri-adidir, Ermənistanın son 30 ildə əldə etdiyi irsi nəzərə alsaq, onlar çox cəsarətlidir. O hesab edir ki, məhz belə cəsarət və yenilik real nəticələrə gətirib çıxara bilər.

Ekspert izah edib ki, Gürcüstan da sülh müqaviləsinin imzalanmasını gözləyir. O hesab edir ki, bu, regionda üç ölkənin maraqlarının bir araya gəlməsi üçün ilkin şərtlər yaradacaq və onu təkcə coğrafi deyil, həm də geoiqtisadi baxımdan daha qlobal rəqabətədavamlı və cəlbedici edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Ən çox oxunanalar