Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Əmrullayev: “Şagirdlər evdə qalan zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik”

“Koronavirus pandemiyasının qapanmaya gedən dövründə şagirdlər evdə qalan zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görülməsi olduqca vacibdir:

“Lakin bunun məktəb tədris planlarına ayrıca fənn kimi salınması doğru deyil. Çox aşağı yaşlardan fənlərin məzmununda zorakılığının formaları ilə bağlı maarifləndirmə aparılmalıdır. Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır”. 

Nazir qeyd edib ki, məişət zorakılığı, qadınlara qarşı zorakılıqla mübarizə bir qurumun, təşkilatın işi deyil:

“Burada ciddi koordinasiya olmalıdır. O təhsil sistemləri güclüdür ki, cəmiyyətdə qadının rolu yüksəkdir, analar ali təhsillidir. Bu gün azyaşlı qızların təhsildə olması, hüquqlarını bilməsi, gələcəkdə güclü qadın kimi yetişməsi Azərbaycan cəmiyyətinə töhfə verən amillərdəndir”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar