Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yük gəmiləri Qırmızı dənizdə hərbi mühafizənin artırılmasını istəyirlər

Marşrutları Hörmüz və Bab əl-Məndeb boğazlarından, eləcə də Süveyş kanalından keçən yük gəmilərinin operatorları Qırmızı dənizdə hərbi mühafizənin artırılmasını xahiş edirlər...

Poliqon xəbər verir ki. bu barədə The Financial Times nəşri məlumat yayıb. Nəşr yazır ki. bəzi operatorlar artıq gəmilərin marşrutlarını dəyişib ki, bu da müştərilər üçün çatdırılma xərclərinin artmasına səbəb olub.

İsrailin “Zim” logistika şirkəti ötən həftə bildirib ki, bəzi gəmilərinin marşrutunu dəyişir: onlar indi Ümid burnu ətrafında və Qərbi Afrika boyunca gedəcəklər. Sığorta brokeri “Marsh”ın dəniz şöbəsinin rəhbəri Markus Beyker, bəzi sığortaçıların ötən həftə tarifləri bəzi hallarda 300% artırdığını söyləyib.

Qeyd edək ki, son zamanlar Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə və döyüş gəmilərinə hücumları daha tez-tez baş verir. Bir gün əvvəl Pentaqonun Mərkəzi Komandanlığı üç kommersiya gəmisinə hücumlar barədə məlumat vermişdi. Dünən isə husilər Bab əl-Məndəb boğazından keçən Britaniya ticarət gəmisinə havadan hücum ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar