Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sallivan: Ukraynaya yardımın əleyhinə olanlar Putini dəstəkləyirlər...

Ceyk Sallivan hesab edir ki, Ukraynaya pul ayrılmasını dəstəkləməkdən imtina edən konqresmenlər “Putinin strateji mövqeyinin yaxşılaşdırılmasının” tərəfdarıdırlar...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri brifinq zamanı deyib. Sallivan təsdiqləyib ki, Konqresin hərəkətsizliyi ABŞ administrasiyasının ilin sonuna kimi Ukrayna üçün silah və avadanlıq almaq üçün resurslarının tükənməsi təhlükəsini yaradır.

“İnanıram ki, Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyən hər hansı bir Konqres üzvü Putinin qalib gəlməsini asanlaşdıracaq nəticəyə səs verir. Yəni, Ukraynanın dəstəklənməsinə qarşı səsvermə Putinin strateji mövqeyinin yaxşılaşdırılması üçün səsvermədir. Ukraynaya əlavə maliyyə ayrılmasına qarşı səsvermə Ukraynaya ziyan vuracaq və Rusiyaya kömək edəcək ki, bu da demokratiyaya zərər verəcək və diktatorlara kömək edəcək”, deyə ABŞ prezidentinin köməkçisi brifinqdə deyib.

Qeyd edək ki, Ukrayna, İsrail və Tayvana yardımın maliyyələşdirilməsi məsələlərinə noyabrın 17-də təsdiqlənmiş ABŞ-ın müvəqqəti büdcəsindən ayrıca baxılır. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar ayırmağı təklif edib ki, bunun da 61 milyard dollarından çoxu Kiyevə veriləcək.

NBC kanalı bir gün əvvəl ABŞ-ın Demokratik və Respublikaçı partiyaları arasında Ukraynaya maliyyə ayrılması ilə bağlı danışıqların nəticəsiz qaldığını bildirmişdi. Bloomberg yazıb ki, Ağ Ev ilin sonuna qədər Ukraynaya tədarük üçün resursların tükənəcəyi ilə bağlı ABŞ Konqresinə məktub göndərib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar