Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada ifrat sağçıların yüksəlişi Ukraynaya 50 milyard avro ziyan vura bilər

Ukrayna Avropada ifrat sağçıların yüksəlişinə görə 50 milyard avro itirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.

"Avropa İttifaqında sərmayələr və Ukraynanın gələcəyi ilə bağlı fikir ayrılığı Kiyevə aylar əvvəl verilən mühüm vədləri təhdid edir. Necə ki, ABŞ-dan Ukraynaya maliyyə və hərbi dəstək axını Konqresin bu məsələdə qütbləşməsi səbəbindən kəskin şəkildə dayanıb", deyə nəşr qeyd edir.

FT yazır ki, Macarıstanın müqaviməti və ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresin Ukraynanın xeyrinə 60 milyard dollar həcmində yeni tranş ayırmasına nail olmaq cəhdlərinə Respublikaçılar Partiyası tərəfdarlarının müqaviməti səbəbindən Ukraynanın Avropa İttifaqına gələcək inteqrasiyasını sual altına salır.

Avropa İttifaqının Sülh Fonduna Ukraynaya dəstək üçün 50 milyard avro ayrılması məsələsi dekabrın 14-15-də Brüsseldə keçiriləcək Aİ sammiti öncəsi müzakirə olunacaq. Gözlənilir ki, danışıqların gedişatına Niderland seçkilərində ifrat sağçıların qələbəsi və Almaniya məhkəməsinin hökumətin yeni kreditlərin alınmasına icazə verməməsi qərarının ciddi təsiri olacaq.

Bundan əvvəl Politco qəzeti yazıb ki, Niderlandda keçirilən parlament seçkilərində Qert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyasının (PVV) qələbəsi Avropa İttifaqı elitasını qeyri-qanuni miqrasiyaya qarşı çıxan digər siyasətçilərin mümkün qələbələrindən qorxuya salıb.

"Aİ elitasının gördükləri hər hansı bir avropalı mərkəzçinin beynini titrəməyə yetərlidir", deyə məqalədə bildirilir.

Müəlliflər Fransa və Almaniya da daxil olmaqla, demək olar ki, onlarla Avropa ölkəsində qeyri-leqal miqrantların qəbuluna qarşı çıxan partiyaların artan populyarlığını qeyd edirlər.

"Vildersdən daha radikal olan sərt xəttli anti-immiqrant partiyalar hazırda anketlərdə öndədir", deyə Politco yazıb.

Nəşr qeyd edir ki, qeyri-qanuni miqrasiya məsələsi və vətəndaşlar üçün yaşayış böhranı Avropada yeni bir şey deyil, lakin İsrail və HƏMAS arasındakı münaqişə çoxlu müsəlman əhalisi olan Avropa ölkələrində "sivilizasiyaların toqquşmasına" səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar