Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS yenidən İsrail şəhərlərinə raket zərbələri endirməyə başlayıb

Yaraqlılar Aşkelon, Sderot və Beerşeba şəhərlərini, həmçinin Qəzza şəhərinin şimal-qərbində İsrail əsgərlərini atəşə tutur...

Poliqon xəbər verir ki, HƏMAS-ın mətbuat xidməti Telegram kanalında İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı hücumların başladığını elan edib. Eyni zamanda HƏMAS hərbi əməliyyatların başlanmasında İsraili günahlandırıb.

“Bir daha təsdiq edirik ki, öz torpaqlarında mətanətli xalqımız və qalib “Əl-Qəssam” Briqadalarının başçılıq etdiyi, indi bütün cəbhələrdə təcavüzə qarşı müqavimət göstərən və qəhrəmancasına əməliyyatlarını davam etdirən rəşadətli müqaviməti nəticəsində bu cinayətkar təcavüzün hədəflərinin qarşısı alınacaq”, deyə HƏMAS-ın bəyanında bildirilir.

Bundan əlavə, HƏMAS silahlıları bu gün, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin İsrail prezidenti İsaak Hersoqu BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP28 konfransına dəvət etmək qərarını pisləyən bəyanat yayıb. HƏMAS BƏƏ-ni “dost dövlət” olaraq dəvəti rədd etməyə çağırıb.

Qeyd edək ki, bu səhər İsrail və HƏMAS arasında atəşkəs başa çatıb və onun uzadılması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Səhər saatlarında İDF hava hücumundan müdafiə qüvvələrinin Qəzza zolağından atılan raketi vurduğunu açıqlayıb. Bundan sonra İDF HƏMAS-ı hərbi əməliyyatlardakı fasiləni pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa edib.

İsrail və HƏMAS arasında danışıqlarda vasitəçi olan Qətər və Misir yeni atəşkəsə nail olmağa çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar